‘Elə bil avtobusda deyil, hansısa qırıcı raketin üstündə gedirik’ – ŞİKAYƏT

‘Elə bil avtobusda deyil, hansısa qırıcı raketin üstündə gedirik’ – ŞİKAYƏT
Bütün Xəbərlər
15:56 04.07.2013
5209

Bakıda marşrut avtobusları ilə bağlı bir çox sərnişinin şikayətçi olduğu məlumdur. Növbəti şikayət məktubu AZXEBER.COM-un redaksiyasına göndərilib. Rəsul adlı oxucumuz “88” nömrəli marşrut avtobusundan narazılığını bildirib:

“Mən hər gün 88 saylı maşrut avtobusundan istifadə edirəm. Hər gün bu avtobuslarda ürəyim ağzımda, qorxa-qorxa gedib-gəlməyə məcburam. Elə bil avtobusda deyil, hansısa qırıcı raketin üstündə gedirik. Sərnişinlər öz iradlarını sürücülərə deyəndə isə ən yaxşı halda bizə əhəmiyyət vermirlər. Digər hallarda isə, ya sərnişinlər təhqir olunur ya da “get kimə deyirsən de” ifadələri ilə qarşılaşırıq. 

Tələbəyəm və universitetə getmək üçün də “88” nömrəli marşrutdan istifadə edirəm. Lakin dəfələrlə olub ki, bu avtobusun sürücülərinin məsuliyyətsizliyi ucbatından dərsə gecikmişəm. Çünki bu avtobusun sürücüsü tələsəndə, dayanacaqda avtobusu saxlamadan sürüb gedir.

Hələ mən 88 saylı avtobusun sürücülərinin dayanacaqlarda dayanıb öz dostları ilə dəqiqələrlə söhbət eləməsini demirəm. Xahiş edirəm məsələylə bağlı araşdırma aparasınız”.

Məsələ ilə bağlı “88” nömrəli marşrutun tabe olduğu “Çinar Trans MMC”nin direktoru Etibar Manafovla əlaqə saxladıq. E. Manafov AZXEBER.COM-a açıqlamasında xoşagəlməz hallarla bağlı ölçü götürüləcəyini bildirdi:

“Ümumiyyətlə, bizim şirkətin tabeliyində olan marşrut xətləriylə bağlı hər zaman reydlər keçirilir. Bütün şikayətlər şirkət rəhbərliyinin iştirakı ilə keçirilən iclaslarda müzakirə olunur. Konkret şikayətlərə gəldikdə isə, şikayət edilən sürücünün adı və ya avtobusun nömrəsi dəqiq bildirilsəydi, birbaşa onunla əlaqə saxlayardıq. Ancaq yenə də “88” nömrəli marşrutdan gələn bu şikayəti nəzərə alacağıq. Əslində, avtobusların daha çox dayanacaqdan kənarda maşını saxlamaqla qanunu pozmasının şahidi oluruq. Dayanacaqda saxlamayıb sürmək halına isə az-az rast gəlinir.”

Etibar Manafov avtobus sürücülərinin nizam-intizamına nəzarət olunduğunu bildirdi:

“Sürücülərimiz geyim formasından tutmuş sərnişinlərlə davranışa qədər bütün kriteriyalara cavab verirlər. Onlara avtobusda siqaret çəkmək, telefonla danışmaq qadağandır. Hər hansı şikayət olduqda isə, bununla bağlı araşdırma aparırıq. Düzü, “Qaynar xətt”imiz yoxdur, çünki MMC olduğumuz üçün buna ixtiyarımız yoxdur. Amma bunun üçün Nəqliyyat Departamentinin “qaynar xətti”nə müraciət etmək olar”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR