Müğənni Aysun İsmayılova həbsdə olan anası Rəqsanə İsmayılova ilə bağlı paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, o, sosial media hesabında anası ilə arxiv görüntüsünü yayımlayıb.
Aysun paylaşımına "Elə darıxmışam ki..." sözlərini yazıb.
Xatırladaq ki, İsmayılova Rəqsanə İsmayıl qızı avqust ayının 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.
Dələduzluq etməkdə təqsirli bilinən Rəqsanə iki nəfər zərərçəkənin 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu mənimsəməkdə günahlandırılır. Onun barəsində 4 ay həbs qətiimkan tədbiri seçilib.
Aysel