'Elə ən böyük ləyaqətsiz və əxlaqsız Cəmil Həsənli özüdür' - Cavid Süleymanov

Bütün Xəbərlər
18:40 13.09.2013
7392

Cavid Süleymanov... Yəqin by gəncin adı AZXEBER.COM-un oxucularına yaxşı tanışdır. Bir müddət öncə müxalifətin əleyhinə səsləndirdiyi kəskin və cəsarətli ittihamlarılıyla sosial şəbəkələrdə ən çox müzakirə olunan gənclərdən birinə çevrilmişdi. Cavidin müsahibəsi o qədər geniş rezonans doğurmuşdu ki, gənc fəal mövzuyla bağlı "Azadlıq radiosu"nun da qonağı olmuşdu. 

AZXEBER.COM Azərbaycan İqtisad Universitetinin 2-ci kurs tələbəsi, gənc fəal Cavid Süleymanlovla maraqlanıb və onunla gündəmdəki mövzularla bağlı söhbətləşib: 

- Cavid bəy, ötən dəfə AZXEBER.COM-a verdiyi müsahibə çox geniş rezonans doğurdu. Müsahibədən sonra bir neçə radioda qonaq oldunuz ancaq ondan sonra uzun müddətdir ki, mediada yoxsunuz. Nə baş verdi ? 

- Müsahibəmdə Ulu Öndər Heydər Əliyevə qarşı olan dərin hisslərimdən xəbər vermişdim və qeyd etmişdim ki, Ulu öndərə qarşı olan sevgim bütün münasibətlərin fövqündə durur və kiminsə fikri məni öz yolumdan yayındıra bilməz. Həmçinin qeyd etmişdim ki, hər həftə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edirəm və bəzən göz yaşlarımı saxlaya bilmirəm.

Bu müsahibəmdən sonra cəmiyyətimizdə formalaşmış və azğınlaşmış olan azsaylı müxalif fikirli gənclər tərəfindən sosial şəbəkələrdə müəyyən təzyiqlər, təhqirlər gördüm. Daima Azərbaycanın uğurlarını görməzdən gələn, uğurlu insanlara qarşı anti-təbliğat aparanlar “Facebook” səhifələrində haqqımda danışılmağa başladı. Kollaj rəsimlərin düzəldilməsindən tutmuş, haqqımda qeyri-etik sözlərə qədər ən ucuz yollara əl atdılar. Amma mənə qarşı təzyiq edənlərin sayı, mənimlə eyni siyasi mövqeyi bölüşənlərin və məni dəstəkləyən dostlarımın sayından dəfələrlə az idi. Mən elə insanların fikirlərinə də, özlərinə də qeyri-ciddi yanaşıram.. Və onların fikirləri mənim mövqeyimi dəyişə bilməz.

- Seçkilərə sayılı günlər qalır. Ayrı-ayrı qruplar gənclərin adından müxtəlif bəyənatlarla çıxış edirlər.Siz necə hesab edirsiniz ? Sizcə, seçkilərdə Azərbaycan gəncinin mövqeyi necə olacaq ? 

- Mən əminəm ki, Azərbaycan gəncliyinin böyük hissəsi cənab İlham Əliyevi dəstəkləyir. Bu dəstək seçki kampaniyası başlamamışdan öncə İlham Əliyevi dəstəkləyən gənclərin sosial şəbəkədə necə aktiv çıxış etməsindən görünür. Bu yaxınlarda başlayan “ Mənim Prezidentim” təşəbbüs qrupunda iştirak edən gənclərin sayına baxsaq , İlham Əliyevi dəstəkləyən gənclərin sayının müxalifəti dəstəkləyən gənclərin sayından 100 dəfələrlə çox olduğunu açıq-aydın deyə bilərik. 

Bu yaxınlarda “Milli Şura” adını daşıyan radikal müxalifətin süni birliyi icazəli aksiya keçirdi. Heç nə demirəm, o icazəli aksiyada iştirak edənlərin sayı ilə “Mənim Prezidentim” layihəsində iştirak edən gənclərin sayını müqayisə edin. Əminəm ki, İlham Əliyevi dəstəkləyən gənclər ordusunun gücünü bütün ictimaiyyət oktyabrın 9-u bir daha görəcək. 2013-cü ilin yanvar ayının statistikasına görə Azərbaycan müxalifətinin radikal qanadını təmsil edən AXCP və Müsavat partiyasının ümumi üzvlərinin sayı sesvermə hüququ olan vətəndaşların 2.57 faizini təşkil edir. Bu gülməli rəqəmdir. Və bu rəqəm builki seçkilərdə müxalifətin acı məğlubiyyətindən xəbər verir. Bir sözlə, bütün bu proseslər müxalifəti fiaskoya aparır. 

- Gəlin konkretləşdirək. Bir gənc kimi müxalifətin vahid namizədi Cəmil Həsənli haqqında nə düşünürsünüz və onun şanslarını necə dəyərləndirirsiniz?

- Azərbaycan Parlamentində təmsil olunan, təmsil olunmayan bir neçə müxalifət partiyası var və bu partiyaların əksəriyyəti Cəmil Həsənlini dəstəkləmir. Bu baxımdan da düşünürəm ki. Cəmil Həsənli müxalifətin vahid namizədi deyil. Bu gün sadəcə olaraq müxalifətin radikal qanadında təmsil olunan və xalqdan heç bir dəstək görməyən siyasi partiyalar Cəmil Həsənlinin ətrafında birləşiblər və həmin adamlar öz uğursuz sonlarından xəbərdar ola-ola xalqın az bir hissəsini yalan vədləri ilə aldatmağa çalışırlar. 

Bu insanlar o qədər qeyri-peşekardırlar ki, ilk dəfə namizəd seçəndə heç o namizəd haqqında geniş araşdırma belə aparmadılar. Və müxalifətin radikal qanadının qondarma birliyi demək olar ki, süquta uğradı. Bu qədər fikir ayrılığı, bu qədər münaqişə olan bir qurumun namizədi heç cürə prezident seçilə bilməz. 

Cəmil Həsənlinin insani keyfiyyətlərinə yaxın zamanlara kimi hörmət bəsləyirdim. Azərbaycan tarixinin qaranlıq səhifələrini işıqlandırmaqda Cəmil Həsənlinində müəyyən rolu var. Lakin bu insan “Bu Müxalifət-iqtidar davası yox, ləyaqətlilərlə ləyaqətsizlərin davasıdır “ sözünü işlədibsə onun şəxsinə qarşı hansı hörmətdən danışmaq olar ? Bu artıq açıq aydın təhqirdir və 700.000 dən artıq üzvü olan YAP-a o cümlədən, iqtidar partiyasında təmsil olunmasa belə Azərbaycan iqtidarını dəstəkləyən yüzlərlə insana qarşı təhqirdir. 

Başa düşmək də çətinlik çəkirəm bu tarixçi nə cəsarətlə xalqı təhqir edə bilər? İkinci dəfə xalq tərəfindən millət vəkili seçilmədiyinə görə xalqı təhqir etməlidirmi? Elə ən böyük ləyaqətsiz və əxlaqsız Cəmil Həsənli özüdür!

- Bəzən hətta öz qohumlarının belə dəstəyini ala bilməyən adamlar prezidentliyə namizəd olmaq istəyir. Bəs sənin bir gənc kimi seçkilərdə favoritin kimdir?- Mən və Azərbaycan gəncliyinin çox böyük hissəsi belə hesab edir ki, İlham Əliyevə rəqib olacaq ikinci bir namizəd yoxdur. İlham Əliyevin son iki seçkilərdəki, qələbəsində siyasi opponentlərini necə böyük bir rəqəmlə geridə qoyduğuna fikir verəndə yalnız bunları demək olar. 

Azərbaycanı son 10 ildə keçdiyi inkişaf yolunu görməməzlikdən gəlmək olmaz. Müstəqil siyasət yeridən liderimiz Qafqaz bölgəsində Azərbaycanın hərtərəfli üstünlük qazanmasına nail olub. Andiçmə mərasimində verdiyi vədlərin hamısı yerinə yetirilib. Cənab Prezidentin tapşırığı ilə artıq icrasına başlanılan proqramlar uğurla davam edir. Mən hesab edirəm ki, İlham Əliyevin həll etməkdə çətinlik çəkəcəyi hər-hansı bir məsələ ola bilməz və elə bu səbəblərə görə də İlham Əliyevi dəstəkləməyi bir vətəndaşlıq borcu hesab edirəm .

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR