“Elə ərə getmək istəyirdim ki, dünya dağılmağa başladı” - Sevda Yahyayeva - Video

“Elə ərə getmək istəyirdim ki, dünya dağılmağa başladı” - Sevda Yahyayeva - Video
MAQAZİN
15:38 09.04.2020
5307
"Elə ərə getmək istəyirdim ki, dünya dağılmağa başladı (gülür). Toyu uzatmaq istəmirik. Onsuz karantin toyumuzu uzatdı".

Bu sözləri müğənni Sevda Yahyayeva "5/5" verilişində deyib. Sənətçi toyunun vaxtının uzanmasından danışıb. Aparıcı Zaur Kamal isə Sevdanın həkim nişanlısı Zakir Bayramova zəng edib.

Z.Bayramov Sevda ilə bağlı suallara "Təsadüflə tanış olmuşuq. 38 yaşım var, heç vaxt evlənməmişəm. Yay fəslinə toy planlaşdırırıq. Evim də var. Sevda xanım bizə köçəcək. Sevda xanıma bu sahədə daha böyük uğurlar qazanması üçün fikirlərimi bildirmişəm" cavabını verib.
 
///Yenisabah.az
 

OXŞAR XƏBƏRLƏR