“Elə kişi ilə 1 gün də yaşamaram"

“Elə kişi ilə 1 gün də yaşamaram"
MAQAZİN
19:47 04.06.2026
251
Müğənni Aygün Şükürova qatıldığı "Öz aramızda" verilişində həyat yoldaşı Kənan MM haqqında açıqlamaları ilə diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki, sənətçi bildirib ki, həyat yoldaşında ən çox qiymətləndirdiyi xüsusiyyətlərdən biri onun ailədə maddi məsələlərə yanaşmasıdır. Aygün Şükürovanın sözlərinə görə, Kənan MM heç vaxt onun qazancına göz dikməyib və şəxsi gəlirinə müdaxilə etməyib.

Müğənni hesab edir ki, ailədə kişinin öz məsuliyyətini daşıması vacibdir və bu xüsusiyyət onun üçün xüsusi əhəmiyyət kəsb edir.

"Bu xüsusiyyəti çox bəyənirəm. Kişi belə olmalıdır. Qadının qazandığı pulla rahat şəkildə yaşayıb hər şeyi onun üzərinə buraxmağı düzgün hesab etmirəm", - deyə sənətçi bildirib.
OXŞAR XƏBƏRLƏR