Uzun müddətdir birlikdə olan məşhur müğənni Sibel Can ilə iş adamı Emir Sarıgül haqqında evlilik iddiaları yenidən gündəmə gəlib.
AZXEBER.COM xəbər verir ki, aparıcı Ece Erken canlı yayımda verdiyi açıqlamada Sarıgül ailəsindən əldə etdiyi məlumatları bölüşüb.
Erken bildirib ki, Sibel Can və Emir Sarıgül yay aylarında Mayami şəhərində evlənməyə hazırlaşırlar. O, bu iddianı canlı yayım zamanı səsləndirib.











































