xari

“Elektrik cərəyanını göstərib ki, əlini oradan tut və özünü öldür”- dəhşətli qətlin təfərrüatı

HADİSƏ
15:24 23.07.2018
7521

Gəlinini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib. 59 yaşlı şəxs qətli törətməsini etiraf edir, amma onu xüsusi amansızlqıla öldürmədiyini deyir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı çıxışında bildirib ki, təqsirləndirilən Seyidmalik Məmmədov gəlininin başqa şəxslə münasibətinin olmasından şübhələnərək onu qisas məqsədi ilə öldürmək qərarına gəlib. Əvvəlcə S.Məmmədov gəlininin başqa şəxslə münasibəti olduğunu bilib və öz oğlundan bunu gizlədib. Gəlinindən evi və kəndi tərk etməsini tələb edib. Amma gəlini onun bu xəbərdarlıqlarını dinləməyib.

İttihamda göstərilir ki, S.Məmmədov hadisə baş verən gün gəlinini öldürməzdən əvvəl ondan özünü öldürməsini tələb edib. Belə ki, gəlininə evdə olan elektrik cərəyanını göstərib və əlini oradan tutmasını, özünü öldürməsini istəyib. Lakin gəlini Seydimalik Məmmədova yalvararaq ölmək istəmədiyini deyib. Lakin Seyidmalik Məmmədov ondan bağışlanmasının istəyən gəlininin başına iki dəfə ov tüfəngi ilə atəş açaraq qətlə yetirib.

Dövlət ittihamçısı Seyidmalik Məmmədovun gəlinini xüsusi amansızlıqla öldürdüyünü nəzərə alaraq onun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

S.Məmmədovun vəkili Şirin Atayev müdafiə çıxışı edib. Vəkil deyib ki, hüquqalrını müdafiə etdiyi şəxsə istənilən 18 il azadlıqdan məhrum etmə cəzası çox ağırdır:

"Hörmətli məhkəmə, bu, o deməkdir ki, Seyidmalik artıq həbsxanadan çıxamayacaq. Bu adamın 60 yaşı var. 18 il sonra onun azadlığa çıxacağı inandırıcı deyil. Hadisənin namus üstündə, mərhumun əxlaqsız hərəkətləri səbəbindən baş verdiyini nəzərə almaq lazmdır. Həm də müstəsna əxlaqsızlıq hərəkətləri onu bu əməli törətməyə məcbur edib. Seyidmalik Məmmədov gəlinindən kəndi tərk etməsini istəyib. Yəni bu cinayəti törətmək istəməyib. Amma onun bu xərədarlığına məhəl qoyulmayıb”.

Vəkil deyib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham əsassızdır: "Bu ittiham Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə verilməli idi. Amma xüsusi amansızlıqla adam öldürmə - 120.2.4 kimi qiyətləndirilib. Burada xüsusi amansızlıqdan söhbət gedə bilməz. Seyidmalik Məmmədov gəlininə iki dəfə atəş açıb. Artıq birinci güllədə gəlini ölüb. İki saniyə fərqlə ikinci atəşi açıb. Əgər birinci atəşdən sonra gəlini sağ qalsaydı, can çəkişə-çəkişə ondan mərhəmət diləsəydi, yalvarsaydı və bu zaman Seyidmalik Məmmədov ikinci atəşi açsaydı, bu, xüsusi amansızlıq olardı. Bunları nəzərə alaraq, onun əməlinin qəsdən adam öldürməyə tövsif edilməsini tələb edirik”.

Xatırladaq ki, dəhşətli qətl hadisəsi ilə ötən il baş verib. Seyidmalik Məmmədov gəlinini qətlə yetirib. 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu polisə özü təslim olub.

Seyidmalik Məmmədov son sözündə vəkili ilə razı olduğunu bildirib.

Məhkəmə iclasının davamı iyulun 25-nə təyin edilib.

İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini qısqanclıq zəminində öldürüb. Məlumata görə, S.Məmmədov hadisədən bir neçə gün əvvəl həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub. S.Məmmədov onlara Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.

Həmin hadisədən sonra qonşuluqda yaşayan şəxs Bakını tərk edib. Gəlini isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi tüfənglə gəlinini güllələyərək öldürüb.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

10:25 11.05.2021

Dodaq əməliyyatı etdirən türkiyəli məşhur ağlayaraq insanlara səsləndi – VİDEO

10:24 11.05.2021

Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!

10:20 11.05.2021

Mini və açıq-saçıq geyinənlər 76 manat cərimə olunacaq - Yeni qanun

10:20 11.05.2021

İspaniyada karantin yumşaldıldı: Maskasız insanlar sosial məsafə gözləmədən küçələrə axışdı - FOTO

10:18 11.05.2021

Lavrov bu gün Ceyhun Bayramovla görüşəcək

10:17 11.05.2021

Üç uşaq atası intihar etdi

09:59 11.05.2021

Azərbaycan Rusiyanın Qoşulmama Hərəkatında müşahidəçi statusu almasına kömək edəcək

09:58 11.05.2021

“Azərbaycanofobiya meyilləri Ermənistanda hakimiyyəti və müxalifəti birləşdirən yeganə amildir”

00:35 11.05.2021

İlham Əliyev: “Müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik”

00:13 11.05.2021

ÜST: Bir gündə 677 mindən çox insanda koronavirus aşkarlandı

23:30 10.05.2021

“Yuventus” Pirlonu yola salır: Yeni baş məşqçinin adı açıqlandı

23:28 10.05.2021

Koronavirus bizi nə vaxt tərk edəcək?

23:07 10.05.2021

İtkin hərbçilərin axtarışı zamanı tapılan minalarla bağlı hərəkətə keçildi - VİDEO

22:52 10.05.2021

Türkiyə - Suriya sərhədi boyu tikilən beton divarın inşası yekunlaşdı – VİDEO

22:47 10.05.2021

Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlandı

22:39 10.05.2021

Türkiyə və Rusiya XİN rəhbərləri Qarabağı müzakirə ediblər