Elektron, aroma və mentollu siqaret istifadə edənlərə BƏD XƏBƏR

SAĞLAMLIQ
00:03 25.11.2022
1704
Elektron siqaretlər, tütün məmulatlarına kənardan qatıla bilən meyvə ləzzətləri, mentollu siqaretlər ağciyərlərə dərin ziyan vurur.

AZXEBER.COM xəbər verir ki, Türkiyə Sağlamlıq Mərkəzinin rəhbəri Elif Dağlı tütün və tütün məmulatlarının istifadəsi və tüstüyə məruz qalmanın insan sağlamlığı, müalicə nəticəsində iqtisadi ziyan və xəstə yükü kimi bir çox sahəyə mənfi təsir etdiyini bildirib.

Elif Dağlı bildirib ki, son araşdırmalar tütün məmulatlarından istifadənin xüsusilə gənclər arasında artdığını ortaya çıxarıb.

Onun sözlərinə görə, siqaret tüstüsündə toksiki və kanserogen olan 4800-dən çox maddə var. Tüstünün nəfəslə alınması zamanı bu toksinlər ağciyərlər tərəfindən sovrulur və bütün bədənə yayılır. Tütün istifadəsi təkcə tənəffüs sistemi deyil, bütün orqan və toxumalara ziyan vurur. O bildirib ki, mentollu siqaretdən istifadə edənlərdə insult riksi yüksəkdir. Hətta bununla bağlı "Archives of Internal Medicine" jurnalı da araşdırma məqalə yazıb.

Siqaretin zərərlərini təqdim edirik:

-Dünyada hər 5 ölümdən biri siqaret çəkməkdən olur.
-Bir ədəd siqaret, insan həyatını 11 dəqiqə azaldır.
-Siqaretin tərkibində 470 ədəd kimyəvi maddə vardır ki, bunun da 69 ədədinin xərçəng hüceyrələrini bədəndə aktivləşdirdiyi elm tərəfindən müəyyən edilmişdir.
-Dünyada siqaret çəkən insanların 70%-i siqaretdən canını qutarmaq istəyir.
-Hər gün 85 min gənc siqaretə başlayır və bunların da 22 mini siqaretdən canını qutara bilmir.

Elektron siqaretin zərərləri isə bunlardır:

-İstifadəyə dair təlimatlara uyğun istifadə etmirsinizsə, bəzi mənfi cəhətlərlə qarşılaşa bilərsiniz.
-Cihazdakı rulon və pambığı düzgün bir şəkildə təmizləmədiyiniz zaman istədiyiniz tüstü əldə edilmir.
-Nikotin bədənə elektron siqaret ilə daxil olur.
-Maye çox istifadə olunarsa, yan təsirləri göstərə bilər. Bu səbəblə onu dozada istifadə etmək faydalıdır.
-Şüursuz istifadəsi və çox nikotin qəbul etməsi səbəbiylə bədəninizə bir zərər verə bilər.
-Yüksək nikotin olan elektron siqaret istifadə etməyə başladıqda vücudunuzdakı bəzi zərər dərhal meydana gəlir.
-Orijinal olmayan məhsullardan istifadə etmək və batareyanı düzgün doldurmamaq kimi hallarda elektron siqaretlər partlaya bilər. Belə vəziyyətlərlə qarşılaşmamaq üçün orijinal məhsullardan istifadə edilməlidir.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR