Ötən ilin dekabr ayından bu ilin oktyabr ayının 31-dək “Elektron hökumət” portalına 229 398 nəfər müraciət edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin hazırladığı “Elektron Hökumət Bülleteni”nin növbəti sayında qeyd olunub.Portala hesabat dövründə həmin şəxslər 392 min 845 dəfə daxil olublar və 579 min 643 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 1 milyon 367 min 846 müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 44 saniyə olub.Qeyd olunub ki, ümumilikdə bu gün vətəndaşların portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 58,6% yeni istifadəçilər, 41,4% isə təkrar müraciət edənlər təşkil edib.Oktyabr ayında portala 33 min 658 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 21,700 nəfər olub. Həmin şəxslər 115, 420 müxtəlif səhifələrə keçid ediblər, 78 390 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 03 saniyə təşkil edib. Oktyabr ayı ərzində portala müraciət edənlərin 51%-i yeni istifadəçilər, 49% isə təkrar müraciət edənlər təşkil edib.Portala daxil olmaq üçün sadələşdirilmiş kod parol alan istifadəçilərin sayı bu gün 21 500-ə çatıb.Portalın “Facebook” sosial şəbəkəsində istifadəçilərinin sayı isə 92 min nəfər təşkil edir. Portal üzərində təşkil edilən xidmətlərin sayı isə 272 ədəd olub.