'Elektron hökumət' portalının mobil versiyası hazırlandı
Bütün Xəbərlər
13:49 27.05.2013
1316
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" (www.e-gov.az/mini/) portalının mobil versiyasını təqdim edib.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mobil versiya xüsusi olaraq portativ qurğular üçün optimallaşdırılıb. Bu da baxma rahatlığını təmin edir, həmçinin internet trafikə qənaət olunmasını səbəb olur.Saytın səhifələrində qeydiyyatdan keçmək, dövlət strukturlarının elektron xidmətləri ilə tanış olmaq, elektron imza əldə etmək üçün müraciət göndərmək, statistik məlumatları öyrənmək və digər məlumatlar əldə etmək olar.