Vətəndaşların “Elektron hökumət” portalı ilə ünsiyyət imkanının genişləndirilməsi üçün portalın rəsmi “Skype” ünvanı (e-gov.az1) istifadəyə verilib.
Bu barədə AZXEBER.COM Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xidmətinə istinadən xəbər verir.Burada vətəndaşlar suallarını sözügedən proqram vasitəsilə asanlıqla portala ünvanlaya bilərlər.Müraciət edənlərin sualları operativ şəkildə cavablandırılır.