Bu gün Ələt-Astara magistralının 137-ci kilometrliyinin Cəlilabad rayonundan keçən hissəsində piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM xəbər verir ki, Biləsuvar rayon Xırmandallı kənd sakini 1982-ci il təvəllüdlü Mirzəyev Cavid Seyran oğlu, idarə etdiyi “Mersedes” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Cəlilabad rayonunun Pərdi kənd sakini, Nərimanov Ağasəməd Əlisəməd oğlunu vurub.Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstəyə lazımı tibbi mudaxilələr edilərək nəzarətdə saxlanılır, hazırda onun vəziyyəti orta agır olaraq qalır. Baş vermiş hadisiə ilə baglı BDYP İdarəsində araşdırmalar aparılır.