05:26 Cümə, 24 May 2019
SOSİAL

Ələt-Astara yolunda dəhşətli qəza - Aşan avtomobil yandı

22:28, 17.02.20192913
Ələt-Astara yolunda dəhşətli qəza - Aşan avtomobil yandı
Ələt-Astara magistral avtomobil yolunda "Mercedes” markalı avtomobil aşıb.

AZXEBER.COM-un"Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə yolun Cəlilabad rayonu ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, avtomobil hərəkətdə olarkən şineli altından qopub və sürücünün idarəetməsindən çıxıb. Nəticədə yolun kənarına aşan avtomobil alovlanıb.

Hadisə nəticəsində sürücü və iki sərnişin xəsarət alıb. Onlar yoldan keçənlərin köməyi ilə avtomobildən çıxarılıblar və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ