“Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişikliklər edilib

“Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişikliklər edilib
SİYASƏT
23:02 22.02.2018
4486

Fevralın 22-də Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Birinci oxunuşdan sonra qanun layihəsinə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verən MM sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov sənəddə redaktə xarakterli bəzi düzəlişlərin aparıldığını bildirib.

Onun sözlərinə görə, əsaslı dəyişikliklər azad zona səlahiyyətli qurumunun hüquq və vəzifələrinə, idarə edilməsinə, developerin hüquq və vəzifələrinə, azad zonada gömrük işi, sərhəd rejimi, əmək qaydaları və mübahisələrin həlli qurumlarının qərarlarının icrasına dair maddələrdə edilib:

"Azad zonada işçi dili barədə maddəyə Azərbaycan və ingilis dilləri ilə yanaşı, "zərurət yarandıqda başqa dillər də” işlədilə bilər ifadəsi əlavə olunub”.

"Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini yeni başlanğıc kimi qiymətləndirən MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, qanun layihəsi kifayət qədər mükəmməl hazırlanıb, dünya təcrübəsindəki ən qabaqcıl qanunlara əsaslanıb, ölkəmizdəki iqtisadi qurumların tövsiyələri sənəddə nəzərə alınıb:

"Bu qanun parlamentlə hökumət arasında qarşılıqlı əməkdaşlıq nümunəsidir”.

Müzakirələrdə deputatlar Əli Məsimli, İlham Əliyev, Rafael Cəbrayılov, Vüsal Hüseynov, Milli Məclis Aparatının şöbə müdiri Nizami Səfərov qanun layihəsi barədə müsbət fikirlərini ifadə ediblər. Çıxışlarda qeyd və təkliflər də səslənib.

İclasda deputatları narahat edən məqamlara aydınlıq gətirildikdən sonra "Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olunub.

oxu.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
09:16 11.03.2026
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
09:12 11.03.2026
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
İranda “qara yağış” yağdı - Fotolar
09:06 11.03.2026
İranda “qara yağış” yağdı - Fotolar
Bakı metrosunda tüstülənmə oldu
08:57 11.03.2026
Bakı metrosunda tüstülənmə oldu
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
08:51 11.03.2026
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:46 11.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO