“Elgiz düz deyir, nədir fərq?”

“Elgiz düz deyir, nədir fərq?”
SOSİAL
12:46 21.11.2026
39

Aparıcı Xoşqədəm Hidayətqızı həmkarı Elgiz Əkbərin sosial mövzulu verilişlərin bağlanması ilə bağlı fikirlərinə dəstək olub.


 Xoşqədəm Elgizin dediklərini haqlı hesab etdiyini bildirib.
"Elgiz çox gözəl cavab verib. Nə deyim ki? Elgiz deyib və doğru da deyib. Siz deməliydiniz bu sözləri, Elgiz yox. Tamaşaçı bunu deməlidir ki, nədir fərq? Xeyirdir, nə olub?” deyə, aparıcı söyləyib.

Qeyd edək ki, Elgiz Əkbər ad çəkmədən hazırda yayımlanan sosial verilişlərdən birinin aparıcısının onun yutubda yayımlanan proqramını tənqid etməsinə sərt reaksiya verib. O, hazırda efirdə yayımlanan həmin sosial mövzudakı verilişdə qadağan olunan bütün mövzuların müzakirə edildiyini iddia edib.
Aparıcı, həmçinin meydanda tək qaldığını bildirərək həmin proqramda bir reklam üçün 16 min manat tələb edildiyini söyləyib.
Elgiz ad çəkməsə də, onun fikirlərinin aparıcı Lalə Azərtaşın təqdim etdiyi "Təsir dairəsi” proqramına ünvanlandığı ehtimal olunur. Elgizin sözlərinə aparıcı Zaur Baxşəliyev də dəstək olub.
 
//axşam.az
OXŞAR XƏBƏRLƏR