Prezident: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır

Prezident: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır
SİYASƏT
12:04 21.11.2026
71
Sizin (Vyetnamın – red.) sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşdə söyləyib.

"Sizin də doğru qeyd etdiyiniz kimi, cənab Prezident, münasibətlərimiz strateji əhəmiyyət daşıyır. Ötən il Sizin Azərbaycanda dövlət səfəriniz zamanı biz bu münasibətləri rəsmən strateji səviyyəyə yüksəltdik, lakin bu münasibətlər hətta bundan da əvvəl strateji xarakter daşıyırdı”, - deyə dövlətimizin başçısı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR