Elgiz şikayətləndi: "Verilişə çağırırıq, gəlmirlər"

Elgiz şikayətləndi:  "Verilişə çağırırıq, gəlmirlər"
Bütün Xəbərlər
13:21 07.09.2015
1199

"Günə Baxan" proqramının aparıcısı ziyalılarla bağlı yaşadığı problemi dilə gətirib.

Elgiz Əkbər yeni mövsüm başlayar-başlamaz ziyalılarımızdan şikayətlənib. AZXEBER.COM xəbər verir ki,  ANS PRESS-in məlumatına görə, ANS TV-də yayımlanan "Günə Baxan" proqramının aparıcısı mövsümün ilk buraxılışında ziyalılarla bağlı yaşadığı problemi dilə gətirib. "Mənə hər dəfə sual verirlər ki, niyə verilişlərimizdə yazıçı Anar, bəstəkar Firəngiz Əlizadə və digər ziyalılarımız olmur. Bu o demək deyil ki, biz onları dəvət etmirik. Əksinə, vallah məndən olsa səhər saat 8-dən gecə yarıyadək onlarla söhbət edərək veriliş apararam. Çağırırıq, amma gəlmirlər. Onların əvəzinə hər dəfə şou-biznes nümayəndələrini, məsələn dostumuz Nadir Qafarzadəni dəvət etməyə məcbur oluruq. Mənim bu sözümdən heç kim inciməsin, onları da verilişimdə görmək istəyirik, amma ziyalılarımız tez-tez efirə çıxsalar, qiymətli fikirlərini tamaşaçılarımızla bölüşsələr, pis olmazdı".

OXŞAR XƏBƏRLƏR