Əli Abbasov almaniyalı səfirlə görüşdü

Əli Abbasov almaniyalı səfirlə görüşdü
Bütün Xəbərlər
15:11 20.02.2014
885

Nazir bu əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Almaniya Federativ Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempellə görüşüb. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, ölkələrimiz arasında yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyinibildirən nazir bu əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində genişləndirilməsi üçün qarşılıqlı marağın, həmçinin böyük potensialın olduğunu vurğulayıb.
Ölkəmizin sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduğunu deyən səfir Haydrun Tempel İKT sahəsinin respublika prezidenti tərəfindən prioritet istiqamət elan edilməsini, Azərbaycanın regional və qlobal layihələrin təşəbbüskarı olmasını məmnunluqla qarşılayıb. Almaniya iqtisadiyyatının inkişafında İKT sahəsinin mühüm rol oynadığını bildirən diplomat ölkələrimiz arasında təcrübə mübadiləsinin təmin edilməsində səfirliyin hər zaman hazır olduğunu diqqətə çatdıraraq, alman şirkətlərinin Azərbaycan bazarına artan marağından söz açıb.
Nazir də öz növbəsində diplomatik fəaliyyəti müddətində səfir HaydrunTempelinAlmaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən İKT sahəsində daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini, bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
OXŞAR XƏBƏRLƏR