Əli Abbasov: 'Azərbaycan vətəndasları öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edirlər'

Əli Abbasov:
MEDIA
12:55 01.03.2013
1595
Azərbaycan vətəndaşları mövcud qanunvericilik çərçivəsində öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edirlər.
Bunu jurnalistlərə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Nazir qeyd edib ki, Azərbaycanda internet istifadəçilərinin sayının daim artması bunun bariz nümunəsidir.
"Hazırda ölkə əhalisinin təxminən 70%-i internet istifadəçiləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev internet azadlığının və internetdən məhdudiyyətsiz istifadənin təmin olunduğunu dəfələrlə qeyd etmişdir.
Məhz cənab Prezidentin təşəbbüsü ilə 2013-cü il "İnformasiya Kommunikasiya Texnologiyaları ili" elan edilib, İnformasiya Texnologiyaları Universitetinin yaradılması barədə sərəncam verilib.
Ölkənin bütün ərazisində əhalinin genişzolaqlı İnternet xidmətlərdən istifadəsini genişləndirmək məqsədilə "Evlərə optika" layihəsi həyata keçirilir, dövlət orqanlarının göstərdiyi xidmətlərin elektronlaşdırılması sürətləndirilib".
Nazir bildirib ki, ölkənin gələcək inkişafı insan kapitalının inkişaf etdirilməsinə, texnoloji tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə bağlıdır.
"İnternetdən istifadə insanların informasiya imkanlarını və onlar arasında ünsiyyəti genişləndirir, zəruri bilgilər əldə etməsinə şərait yaradır. Azyaşlı uşaqların internetdən necə və hansı məqsədlər üçün istifadə etməsinə nəzarət isə birbaşa valideynlərinin, məktəbdə isə müəllimlərin üzərinə düşən məsuliyyətdir".
Onun sözlərinə görə, bununla bağlı Milli Məclisdə yeni bir qanunun qəbul edilməsi nəzərdə tutulmur.
"Azərbaycanda internet azaddır, hər-hansı senzura tətbiq edilmir və buna heç kimin şübhəsi olmasın. Bu bizim paylaşdığımız universal dəyərlərin əsas şərtidir.
Bu gün ölkədə istər bloqgerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Azərbaycanlılar sosial şəbəkələrdə fəal iştirakı ilə seçilirlər".
Ə.Abbasov vurğulayıb ki, Bu gün təkcə Facebook-da 1 milyondan çox azərbaycanlı istifadəçi vardır. Azərbaycanda internet azadlığı üçün bütün şərtlər təmin edilmişdir. Ayrı-ayrı şəxslərin hər-hansı məsələ ilə bağlı səsləndirdiyi fikirlər onların subyektiv fikridir.
"Azərbaycan İnternetdə azadlıqların qorunması istiqamətində ölkədə və beynəlxalq aləmdə fəal iştirak edir. Məsələn, ölkəmiz 2005-ci ildə Tunisdə keçirilən Dünya İnformasiya Cəmiyyəti Sammitində İKT-nin insan hüquqlarının və azadlıqlarının qorunmasında rolu barədə Avropa Şurasının təqdim etdiyi tövsiyələrin həmmüəlliflərindən biri olmuşdur.
2012-ci ildə Bakıda keçirilmiş İnternet İdarəçilik Forumunun 7-ci toplantısının əsas mövzulardan olan İnternet azadlığını müdafiə edən fəal dövlətlərdən biri də Azərbaycan olmuşdur.
Dövlətin öz inkişaf strategiyası, uzunmüddətli hədəfləri vardır və Azərbaycanda internet azadlığının təmin edilməsi bu inkişaf strategiyasının tərkib hissəsidir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər