Əli Əhmədov: “Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti 2013-cü ildə prezident İlham Əliyevə səs verəcək”

Əli Əhmədov: “Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti 2013-cü ildə prezident İlham Əliyevə səs verəcək”
Bütün Xəbərlər
18:00 26.12.2012
695
“YAP artıq qarşıdan gələn seçkilərə hazırlıq işlərinə başlayıb”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, millət vəkili Əli Əhmədov YAP-ın saytına müsahibəsində deyib.Onun sözlərinə görə, YAP-ın 2013-cü illə bağlı böyük planları və istəkləri var: “Gələn il ölkədə prezident seçkiləri keçiriləcək və partiyamızın 2013-cü il üçün ən böyük layihəsi seçkilərin uğurla keçirilməsi olacaq. YAP hesab edir ki, prezident İlham Əliyev qarşıdan gələn seçkidə bütün Azərbaycan xalqının namizədi kimi qəbul edilir, bütün xalqımız onun namizədliyini dəstəkləyir və hesab edir ki, onun növbəti 5 ildə də Azərbaycana rəhbərlik etməsi 2013-cü ilədək həyata keçirilən uğurlu siyasətin davam etdirilməsi və vətəndaşlarımızın gələcək uğurlardan faydalanması deməkdir. Bu sadə məntiq əsasında 2013-cü il prezident seçkilərində Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti prezident İlham Əliyevə səs verəcək, onu növbəti beş il üçün Azərbaycan Prezidenti mandatı ilə təmin edəcəklər. Bu, hər bir vətəndaşın, ailənin mənafeyinə uğundur. YAP-ın istəkləri ilə Azərbaycan vətəndaşının öz maraqlarından irəli gələn arzuları üst-üstə düşür. Fikrimcə, bu amil seçkilərin nəticələrinə təsir göstərən ən vacib faktor olacaq. YAP artıq qarşıdan gələn seçkilərə hazırlıq işlərinə başlayıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün böyük bir proqram hazırlanıb və 2013-cü ilin ilk həftələrindən etibarən ardıcıl şəkildə həyata keçiriləcək. Seçki ərəfəsində daha çox əziyyət çəkib sonda daha yüksək uğur qazanmaq partiyamızın strategiyasının bir hissəsidir. İnanıram ki, seçkinin nəticəsi həm partiyamız, həm də xalqımız üçün əhəmiyyətli olacaq”.
OXŞAR XƏBƏRLƏR