Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov Milli Məclisin plenar iclasında bəzi hökumət üzvlərini tənqid edib.Ə. Əhmədov bir sıra hökumət üzvlərinin 2013-cü il büdcə layihəsinin müzakirəsində iştirak etməməsinə sərt münasibət göstərib: “Onlar bununla dövlət büdcəsinə və parlamentə hörmətsizlik edirlər. Gəlsinlər, otursunlar, dinləsinlər, deyilənləri nəzərə alsınlar. Onların burada iştirak etməsi vacibdir”.