Əli Əhmədov: : 'Bu, Gülər Əhmədovanın mənəviyyatının, əxlaqının göstəricisidir'

Əli Əhmədov: :
Bütün Xəbərlər
14:30 10.10.2012
1430
“Mən istənilən məsələnin şəxsi deyişmə, məişət səviyyəsinə enməsinin tərəfdarı deyiləm.Bu, mənim xarakterimə uyğun deyil. Düşünürəm ki, biz siyasətlə məşğul oluruqsa, gərək daha ciddi məsələlər ətrafında, daha ciddi səviyyədə söhbətlər aparaq. Məsələnin digər tərəfi var ki, əgər insanın sözü qurtarırsa və o, təhqirlərə keçirsə, bu onun mənəviyyatının göstəricisinə çevrilmiş olur. Mən heç zaman istəməmişəm ki, kimdəsə mənim mənəviyyatımla bağlı hansısa şübhə yaransın. Mən çox ciddi mənəvi-əxlaqi dəyərlərə söykənən bir adamam. Bu, məişətdə də, həyatda da, insanlara, öz işimə, eləcə də digər məsələlərə münasibətimdə də belədir”. Bunu APA-ya eksklüziv müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov keçmiş deputat Gülər Əhmədovanın onun barəsində sosial şəbəkələrdə yazdığı fikirlərə münasibət bildirərkən deyib. Ə. Əhmədov G. Əhmədovanın onun barəsində nələrsə yazdığını eşidəndə ilk reaksiyasının necə olmasından da danışıb: “Belə bir şey eşidəndə, sözün düzü heç onunla maraqlanmadım da. Bilmədim ki, heç nə yazıb. Bir gün keçəndən sonra bildim ki, belə şeylər yazılıb. Səhəri günü axşamüstü oğlumdan eşitdim. O, gülə-gülə dedi ki, belə deyiblər. Güldük, qurtardı-getdi. Deyib-deyib də... Təbii ki, bu onun mənəviyyatının, əxlaqının göstəricisidir. Vurğulamalıyam ki, mən ona verilən cavablardan da xəbərsiz olmuşam. O cavablar mətbuatda çıxandan sonra bildim ki, mənim dostlarım, partiyanın təəssübünü ürəkdən çəkən insanlar ona cavablar veriblər. Bəlkə də heç o cavablara ehtiyac yox idi. Bir insan olaraq deyirəm ki, buna ehtiyac yox idi. Hər kəslə ağız-ağıza verib, deyişməyin tərəfdarı deyiləm. Deyib, deyib də. Ataların bununla bağlı gözəl sözü var... İndi mən həmin misalı təkrar etmək istəmirəm... Yəqin müşahidə etmisiniz, mən haqqımda deyilən şeylərə heç vaxt münasibət bildirməmişəm. Hətta bəzən təhqir də ediblər. Bu, artıq həmin təhqiri edənin insanı keyfiyyətləri, şəxsi göstəriciləridir. Ona görə də mən həmin məsələyə münasibət bildirmədim, bundan sonra da münasibət bildirməyəcəyəm”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj