Əli Əhmədovdan müxalifətə sərt ittiham: "Bunun yalnız bir adı var - Vətənə xəyanət"

Əli Əhmədovdan müxalifətə sərt ittiham: "Bunun yalnız bir adı var - Vətənə xəyanət"
SİYASƏT
17:17 02.09.2019
4018

"Müxalifətin hakimiyyət iddialarını reallaşdırmaq üçün qanuni resurslarının çatışmazlığı və iddialarının həyata keçirilməsi naminə istənilən üsul və vasitədən faydalanmağa hazır olması onu siyasi prosesin təhlükəli və eyni zamanda arzuolunmaz iştirakçısı olmağa sürükləyir”.

AZXEBER.COM-un məlumatına görə, bunu baş nazirin müvini, YAP-ın icra katibi Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı ölkələrin siyasi tarixindən göstərilən səbəblərdən müxalifət qüvvələrinin ifrat siyasi radikalizmə yuvarlanmasına, inqilabçı hərəkatlara, radikal dini dəstələrə və hərəkatlara, anarxist, hətta terrorçu təşkilatlara çevrilməsinə dair kifayət qədər misallar gətirmək mümkündür. 

Ə.Əhmədov deyib ki, bunu ölkədə demokratiyanın azlığı ilə əsaslandırmağa çalışanlar öz iddialarında qətiyyən səmimi deyillər. 

"Müxalifətin ictimai dəstəyinin azlığının demokratiyanın azlığı kimi cəmiyyətə təqdim edilməsi cəhdləri yeni deyil və çoxdandır ki, nəinki vərdiş halına çevrilib, həm də siyasi taktika dərəcəsinə qaldırılıb.

Müxalifətin mahiyyətinin və siyasi davranış (yaxud mübarizə) üsullarının radikal şəkildə dəyişməsinin geniş yayılmış formalarından biri mühacir müxalifətçilikdir. Ölkədaxili siyasi proseslərə kənar müdaxilələrin sınaqdan keçmiş vasitəsi rolunda çıxış etməsi onun ən başlıca təhlükəsidir. Mahiyyət etibarilə mühacir müxalifət və məlum beşinci kolon hadisələri bir medalın iki üzüdür: hər ikisi ölkədaxili siyasi proseslərdə xarici maraqların təmsilçisi rolunu oynayır, hətta həmin maraqların həyata keçirilməsində vasitəçilik xidməti göstərir.XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropa ölkələrində Osmanlı imperiyasına qarşı məkrli planların hazırlandığı bir zamanda orada sığınacaq tapan türk müxalifətinin imperiyanın sonrakı acı taleyində günahları az olmamışdır. Mühacir müxalifətin xüsusi xidmət orqanları tərəfindən idarə olunmasına dair ölkələrin tarixindən də artıq təsdiqini tapmış faktlar göstərmək mümkündür və bu faktlar hamıya məlumdur.

Təəssüfləndirici haldır ki, Azərbaycan müxalifətinin müəyyən kəsimini mühacir müxalifət təmsil edir. Onun Azərbaycan əhalisinin maraqlarını ifadə etmək imkanlarının (və istəyinin) olmaması bir yana, asanlıqla, bəlkə də həvəslə xarici dairələrin təsiri altına düşmək təhlükəsi kifayət qədər yüksəkdir. Əvvəla mühacir müxalifətin sığınacaq tapdığı ölkənin xüsusi xidmət orqanlarının təsirindən özünü qorumaq şansı ümumiyyətlə yoxdur və bu səbəbdən sonuncunun nəzarəti altında fəaliyyət göstərməyə məhkumdur. Digər tərəfdən isə o, istənilən maraqlı tərəflər üçün tam açıq, müdafiəsiz hədəfdir, necə deyərlər göydəndüşmə fürsətdir. Bu baxımdan, onun digər ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına düşmək təhlükəsi də mövcuddur. Habelə, mühacir müxalifətin könüllü olaraq xarici xüsusi xidmət orqanlarının təkliflərindən faydalanmaq istəyi də istisna deyil.

Azərbaycanın mühacir müxalifətinin siyasi ritorikası və fəaliyyət metodları onun maraqlı xarici qüvvələrin təsiri altına düşməsi ehtimalının kifayət qədər yüksək olmasından xəbər verir. Azərbaycanın mühacir müxalifətinin müxtəlif ölkələrdə bu rolu icra etmiş qrupların klassik sxeminə tam uyğun şəkildə formalaşıb fəaliyyət göstərməsi tarixi paralellərlə isbat olunur. Müxalifətin milli maraqların əleyhinə çıxmağa hazır olan uğursuz nümayəndələrinin siyasi mühacir qismində xarici ölkələrə toplanması və onlardan Azərbaycanın əleyhinə müxtəlif formalarda istifadə edilməsinə dair məlum faktlar deyilənin ən sadə sübutudur.

Mühacir müxalifətin əsas təhlükəsi və buradan da irəli gələn arzuolunmazlığı onun hakimiyyətə deyil, dövlətə qarşı alətə çevrilməsindədir. Onun əli ilə aparılan total yalan və böhtan kampaniyasının, ən uğursuz müqayisələrin, ölkə əhalisinin itaətsizliyə, hətta qeyri-qanuni hərəkətlərə səslənməsinin başlıca hədəfi Azərbaycan dövləti, onun sabitliyi və əminamanlığıdır, Azərbaycanın nüfuzu, iqtisadi və geopolitik maraqlarıdır.Onların hərəkətlərinin və fəaliyyətinin kökündə bütövlükdə milli maraqlar, cəmiyyətin hər hansı kəsiminin mənafeyi deyil, mühacir müxalifəti maliyyələşdirən və bu səbəbdən də yönlətmək, istiqamətləndirmək hüququ qazanan xarici dairələrin maraqları dayanır. Nə qədər pərdələməyə, "vətənə xidmət” donu geyindirməyə çalışsalar da, bu cür əməllərə yalnız bir ad vermək olar: Vətənə xəyanət. Azərbaycan cəmiyyətində bunu hamı yaxşı anlayır və ona görə də mühacir müxalifətin anti-Azərbaycan, anti-milli fəaliyyətinin insanların sərt təpkisi sayəsində tam iflasa uğrayacağına şübhə yoxdur”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kiyev vilayətinin bəzi ərazilərində karantin tətbiq edilib
23:10 13.10.2026
Kiyev vilayətinin bəzi ərazilərində karantin tətbiq edilib
Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib
23:02 13.10.2026
Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
22:51 13.10.2026
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı
22:48 13.10.2026
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb  - Yenilənib
22:40 13.10.2026
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib
Bu ərazilərdə işıq olmayacaq
22:39 13.10.2026
Bu ərazilərdə işıq olmayacaq
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
22:30 13.10.2026
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
22:23 13.10.2026
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
22:16 13.10.2026
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
Vitali Kliçko vəzifəsindən qovula bilər
22:07 13.10.2026
Vitali Kliçko vəzifəsindən qovula bilər
Paytaxtın bu yolları bağlı olacaq
21:56 13.10.2026
Paytaxtın bu yolları bağlı olacaq
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
21:49 13.10.2026
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
21:30 13.10.2026
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
21:22 13.10.2026
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
21:19 13.10.2026
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
21:14 13.10.2026
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb