Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır

Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
SİYASƏT
16:51 26.08.2025
281
2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır.

Bunu Baş nazir Əli Əsədov hökumətin Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasının yekunu zamanı çıxışında deyib.

"Prezident İlham Əliyevin 2021-ci ildə təsdiq etdiyi Milli Prioritetlər əsasında tərtib edilən 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası uğurla icra olunur. Bu gün 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasıdır”.
OXŞAR XƏBƏRLƏR