Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşdü
SİYASƏT
17:11 06.05.2023
323
Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Görüşdə F.Cudanın Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində iştirakı yüksək qiymətləndirilib.

İdmanın inkişafı məqsədilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlərə diqqət çəkilərək Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığı və bu sahədə qazandığı uğurların beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.
Eyni zamanda Azərbaycan Minifutbol Federasiyası ilə Dünya Minifutbol Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR