Əli Həsənov: ‘Azərbaycana heç bir xarici müdaxilə baş tutan deyil’

Əli Həsənov: ‘Azərbaycana heç bir xarici müdaxilə baş tutan deyil’
Bütün Xəbərlər
12:00 11.01.2013
1011

Baş nazirin müavini xarici qüvvələrin Azərbaycana təsirini mümkünsüz sayır. "Azərbaycanda sosial bazası olan müxalifət yoxdur. Azərbaycana heç bir xarici müdaxilə baş tutan deyil. Bəzi xarici qüvvələr öz insanlarımızı bizə qarşı istifadə etmək istəyirlər. Azərbaycan xalqı öz sözünü deyib və deyəcək", -Trend-in məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədriƏli HəsənovAzərbaycan Prezidentinin imzaladığı "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqamı" çərçivəsində 2013-cü ildə nəzərdə tutulan tədbirlərin müzakirəsinə həsr olunmuş müşavirədə bildirib. Həsənov deyib ki, Azərbaycan bu gün dünyanın maraq mərkəzindədir. Prezident İlham Əliyev 2020-ci ilədək strateji məqsədləri müəyyənləşdirib. SSRİ dağılandan sonra yaranan müstəqil dövlətlər içində Azərbaycan ilk dəfə olaraq 2010-cu ildə keçid dövrünü başa vurduğunu bəyan etdi.

OXŞAR XƏBƏRLƏR