Əli Həsənov: 'Bu gün Azərbaycan gəncləri özünün ən yüksək inkişaf mərhələsini yaşayır'

GƏNCLİK
12:51 26.12.2012
1263

Azərbaycan gəncliyi dünya gənclərinə nümunə ola biləcək bir zamanda yaşayır.

Bu sözləri Gənclər Fondunun 1 illiyi münasibətilə keçirilən tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiriƏli Həsənovdilə gətirib.Gənclər siyasətinin təməlinin Heydər Əliyev tərəfindən qoyulmasından sonra ölkədə bu sahəyə diqqət və qayğının artdığını bildirən Əli Həsənov respublikanın vacib problemlərinin olmasına baxmayaraq ölkə rəhbərliyinin heç zaman öz nəzərini gənclərdən ayırmadığını söyləyib.Əli Həsənov Azərbaycan gəncliyinin bütün dünya gənclərinə nümunə ola biləcək bir zamanda yaşadığını da vurğulayıb. Lakin bununla belə ölkə rifahını pozmaq üçün cəhd göstərənlərin olduğunu da bildirən şöbə müdiri gənclərin 3-5 yolunu azmış gənclərin öhdəsindən gələ biləcəyini qeyd edib:“Ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi zamanı bəzi öz yolunu azmış gənclər ölkənin rifahını pozacaq bəzi fləşmoblar keçirdilər. Biz əlbəttə ki, bunu vaxtında pisləmişik. Gənclərimiz bu cür rəzilliklərdən uzaq olmalı və daim öz ölkəsinin sabahını düşünməlidirlər”. // gun.az

OXŞAR XƏBƏRLƏR