Əli Həsənov: Erməni lobbisinin dəstəyi ilə işləyən mərkəzlər Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyir

Əli Həsənov: Erməni lobbisinin dəstəyi ilə işləyən mərkəzlər Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyir
Bütün Xəbərlər
16:05 07.02.2012
1292

Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, erməni lobbisinin dəstəyi ilə işləyən bəzi mərkəzlər Azərbaycan və Türkiyəni qarşı-qarşıya qoymaq istəyirlər.

"Erməni lobbisinin dəstəyi ilə işləyən bəzi mərkəzlər var ki, Türkiyə ilə Azərbaycan arasındakı dost və qardaş münasibətləri pozaraq qarşıdurma yaratmaq istəyirlər", - bunu çərşənbə axşamı Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Həsənov bildirib ki, Azərbaycan-Türkiyə dostluğunu istəməyən bəzi mətbuat orqanları öz fantaziyalarını işə salırlar. Belə mətbuat orqanları həm Türkiyədə, həm Azərbaycanda, həm də başqa ölkələrdə var.

Türkiyənin bəzi mətbuat orqanlarında Azərbaycanın Fransa Senatında "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbulu ilə bağlı Türkiyəyə lazımi dəstək vermədiyi barədə fikirlər səslənmişdi.

PA rəsmisinin sözlərinə görə, Fransada "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbulu məsələsi ideya şəklində ortaya atılandan bəri Azərbaycan Türkiyənin yanında olub və hər zaman yanında olacaq.

Həsənov bildirib ki, Azərbaycanın dost və qardaş münasibətini, dəstəyini Türkiyənin rəsmi dairələri dəyərləndirir.

PA-nın şöbə müdiri Fransanın Minsk qrupu həmsədrliyindən çıxarılması təklifinə də münasibətini açıqlayıb.

"Türkiyə Minsk qrupunun üzvüdür və Fransanın qurumdan çıxarılması təşəbbüsünü irəli sürüb. Hər halda Minsk qrupunun növbəti toplantısında Türkiyə məsələni qaldıracaq və o zaman buna baxılacaq. Azərbaycanın rəsmi dairələri hüquqi cəhətdən hansı tədbirləri görmək mümkündürsə, bunları müzakirə edir", - Həsənov əlavə edib.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi