Əli Həsənov 'Eurovision-2012'nin siyasiləşdirilməsinə münasibət bildirdi

Əli Həsənov
Bütün Xəbərlər
15:28 24.05.2012
909
“Artıq “Eurovision” müsabiqəsini siyasiləşdiriblər. İsveçin Azərbaycandakı səfiri, İsveçin mahnı müsabiqəsindəki nümayəndəsi fəal şəkildə müxalifət dairələri, siyasi qruplar və bəzi mərkəzləşmiş antiazərbaycan fəaliyyətini həyata keçirən Norveç İnsan Hüquqları Evi, Amnesty International ilə birgə burda fəaliyyətə başlayıblar. Bunu qəti şəkildə pisləyirik”. Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Əli Həsənov hesab edir ki, bu, ilk növbədə Avropa Yayım Birliyinə hörmətsizlikdir.
OXŞAR XƏBƏRLƏR