Əli Həsənov müxalifətin mitinqindən danışdı: ‘Ümumiyyətlə, buna normal yanaşırıq’

Əli Həsənov müxalifətin mitinqindən danışdı: ‘Ümumiyyətlə, buna normal yanaşırıq’
Bütün Xəbərlər
12:40 09.04.2012
1131

Azərbaycan hakimiyyəti müxalifətin keçirdiyi razılaşdırılmış mitinqi müsbət dəyərləndirir

Azərbaycan hakimiyyəti müxalifətin keçirdiyi birgə, icazəli və razılaşdırılmış mitinqi müsbət dəyərləndirir. "Müxalifətin keçirdiyi birgə, icazəli və razılaşdırılmış mitinqi müsbət dəyərləndiririk. O anlamda ki, Azərbaycan müxalifəti nəhayət Bakı şəhər İcra Hakimiyyəti ilə qanunamüvafiq şəkildə razılaşdırılmış və ayrılmış müvafiq yerdə mitinq keçirmək iradəsini ortaya qoydu", - bunu bazar ertəsi Trend-ə müxalifətin icazəli mitinqinə münasibət bildirərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti düşünür ki, müxalifət məhz gələcəkdə də mitinqləri, ozünün aksiyalarını belə qanunamüvafiq şəkildə, razılaşdırılmış yerlərdə keçirəcək. "O ki qaldı bunun ümumi siyasi qiymətinə, əlbəttə, bu, eyni zamanda Azərbaycanda söz, məlumat azadlığının, sərbəst şəkildə başqaları ilə toplaşmaq, narazılıq ifadə etmək azadlığının təminatıdır. İndiyə qədər bəziləri həm daxildə, həm də xaricdə, təəssüflər olsun ki, spekulyativ şəkildə Azərbaycanda sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması ilə bağlı bəyanatlar yayırdılar. Bu, həm də onun göstəricisidir ki, Azərbaycanda mitinqlər qanunlar çərçivəsində və qanunamüvafiq şəkildə Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılaraq keçirildikdə sərbəst toplaşma azadlığına heç bir məhdudiyyət qoyulmur", - Həsənov əlavə edib. PA rəsmisinin sözlərinə görə, bu, eyni zamanda onu gostərir ki, Azərbaycan demokratik dövlətdir, bu dövlətdə insanlar sərbəst şəkildə toplaşa bilirlər. "Bu mitinqdə dünən sərbəst şəkildə istənilən jurnalist, istənilən məlumatı toplayaraq sərbəst şəkildə yaya bildi. Deməli, Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur. Mitinqin tribunasından onları narazı salan ayrı-ayrı dövlət qurumlarının ünvanına sərbəst şəkildə tənqidlər, müxtəlif fikirlər ifadə olundu. Biz bunu da normal qəbul edirik. Bu, fikir plüralizminin cəmiyyətimizdə, Azərbaycan dövlətində mövcudluğunun əlamətidir. Ümumiyyətlə, buna normal yanaşırıq. Düşünürük ki, artıq biz elə bir dövrə, zamana gəlib çatmışıq ki, həm müxalifət özünün aksiyalarını qanuna uyğunlaşdırmalıdır, həm də hakimiyyət müxalifətin qanuni tələblərini, onların sərbəst toplaşmaq, söz və ifadə azadlığını və digər haqlarını təmin etməlidir", - Həsənov qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır