Əli Həsənovdan Ziyalılar Forumu ilə bağlı açıqlama

Əli Həsənovdan Ziyalılar Forumu ilə bağlı açıqlama
Bütün Xəbərlər
00:03 30.12.2011
1219
“Bir-iki ali təhsilli adamı öz ətrafına yığanların Azərbaycan ziyalıları adından çıxış etməmələrini arzu edirik""Ziyalıları dəfələrlə Heydər Əliyev adına Sarayda 2 min nəfərlik, Şəhriyar Mədəniyyət Mərkəzində 750, Gülüstan sarayında 1000 nəfərlik toplantılar keçiriblər. Azərbaycanda ziyalı forumunun keçirilməsi üçün hər cür şərait var”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri bildirib ki, bir qrup ali təhsilli insanın bir yerə toplaşması ziyalı forumu demək deyil: “ Hansısa ali təhsilli insan özünü ziyalılar forumunun rəhbəri adlandırıb, 5-6 nəfər ali təhsilli insanı da ətrafına yığıb bunu Ziyalılar Forumu kimi təqdim edib, bir yerdə tədbir keçirmələri ilə bağlı cəmiyyətdə hansısa əsası olmayan xəbərlər yayılırsa, bunun Ziyalılar Forumu və Azərbaycan dövləti ilə heç bir əlaqəsi yoxdur".
OXŞAR XƏBƏRLƏR