'Əli Kərimli həbs olundu' - ŞOK

KÖŞƏ
00:02 04.07.2012
4742
Elşən MusayevSiyasətin bir də tam fərqli və görünməyən tərəfləri var: Bəzən qarşındakı səni ilk fürsətdəcə məhv edib, diri-diri udmağa hazırdır. Haqqında nə danışdığı, nə düşündüyü, nə təxmin etdiyi də bəlli. Və azacıq da olsa şübhə yerin yoxdur ki, onun üçün rəqib deyil, düşmənsən. Bəs-bəlli düşmən! Səni bir qaşıq suda boğmaq üçün nələr verməz ki, nələr...
Sənsə, dilinin, beyninin, məntiqinin söylədiklərinə rəğmən anidən mövzunun duyğusal tərəfinə qapılırsan. Sentimentallaşırsan. Peşəkarlığını unudursan, özün üçün yadlaşırsan, başqalaşırsan.2003-də Ağır Cinayətlərə dair işlər üzrə məhkəmədə (o zaman həmin məhkəmənin əməkdaşı idim) Rauf Arifoğlunun iki azyaşlı qızının atalarının üzərinə necə qaçdığını görərkən də, Arıf Hacılının həbsdə yazdığı şeri, anasının ölüm xəbərini, Bəxtiyar Hacıyevin “Evrovisiona biletim var, azadlığa çıxa bilsəm, orda mütləq iştirak edəcəm” kəlmələrini oxuyarkən də eyni hisslərə qapılıb, heyrət etmişəm. Və özümdən daha çox onların dirənişlərinə, sadəlövhlüklərinə, gərəksiz fədakarlıqlarına heyrət etmişəm!Baxın!- fədakarlıq kəlməsini dırnaq içində yazmadım. Çünki o insanlar beyinlərində, ürəklərində gerçəkdən fədakar sanıblar özlərini! Yalan-doğru, yaxşı-pis, yalnış-düzgün, hər nəysə - inandıqları məfkurə uğruna fəda ediblər həyatlarını! Ən əsası da müxalifətə, əqidədaşlarına (Aralarında sadəcə Bəxtiyar Hacıyevı müxalifətçi hesab etmirəm) xəyanət etməyin mümkünsüzlüyünü beyinlərinə birkərəmlik həkk edərək davam ediblər yollarına.Fəqət o yolun başında kimlərin durduğunu görməzdən keçərək və bir həqiqəti unudaraq!: - Xəyanət etmədiyin zaman da xəyanətdən sığortalanmamısan! Xəyanət etməmək hələ xəyanətlə qarşılaşmayacağın anlamına gəlmir! Və nəhayət ...bu həyatda xəyanətin peyvəndi yoxdur...Bəzənsə bir başqa baxış uçbucağında elə xəyanətkarın yekəsisən! Özünü, həyatını bir “heç”in qəlibinə bərk-bərk soxduğun, pərçimlədiyin üçün! Ailəni, balalarını türmə yollarında gözü yaşlı qoyduğun üçün! Gərəkməyən insanlara gərəkliliyini, əsl gərəkdiyin insanlara isə yoxluğunu yaşatdığın üçün!Hərəkətlərə bir ad qoyduq-Fədakarlıq!Yaxşi, bəs o fədakarlığa bir ünvan, bir hədəf də çizildimi barı? Onun mənəvi dəyəri, qarşılığı ödəndimi barı?. Ödəndisə də tam tərs tərəfi ilə ödənmədimi?!İqbal Ağazadə 2003-Prezident seçkilərində İsa Qəmbər uğruna fədakarlıqlar etdiyi zaman ağlının ucundan da olsa keçirərdimi ki, bir gün ona “iqtidarın adamı” damğasını vuracaqlar?Və ya, müxalifət düşərgəsində özündən deyən bir kişinin etmədiyini edərək millət vəkilliyindən, halalca mandatından vaz keçən Lalə Şövkət sonucda hər gün əl sıxıb görüşdükləri tərəfindən “Rusiyanın adamı” elan olunmadımı?!Müsavatı-müsavat, İsa Qəmbəti İsa Qəmbər edən “Yeni müsavat” ın rəhbəri Rauf Arifoğluna qarşı hələ o həbsdə ikən müsavat daxilində aparılan şər kompaniyasını mənmi təşkil etdim? Bu iqtidarmı təşkil etdi?Ruslan Bəşirli bir tək Prezidentə məktub yazdı deyə, onun dörd divar arasında keçirdiyi 6 il 7 ayı görməzdən keçmək kişilikdən, haqqdan, ədalətdən idimi?Hansı birini deyim, hansı birini sayım?***İctimai Palatanın qısaldılmış adı gerçəkdən çox cəlbedicidir: İPÜstünə 20 ildir odun yığılır o “İP”in........Düz 20 ildir!Azı min dəfə dağılıb, dartılıb, aşılanıb, qırılıb......Amma üzərindən tökülən və hərəsi bir yana səpələnən muncuqlar belə bəzilərinə görk olmayıb ki, olmayıb....Hələ İsa Qəmbər və Əli Kərimli adında düyünləri görməzdən keçənləri demirəm.........***Həbs olunmayın daha!Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli və daha kimlər-kimlər....Sizə səslənirəm!- Vallah-billah dəyməz! İnanın ki, dəyməz!Müxalifətin başında tıxac kimi dayanan o iki düyünə görə dəyməz!İsti, rahat otaqlarında oturub sizləri qanunsuz mitinqlərə sürükləyən, sonra da həbsinizi mazaxistcəsinə seyr edən liderlərinizin yeridir əsl ora!- Nə vaxtsa bunu anlayacaqsınız!Ruslan Bəşirlinin gününə düşüb anlayacaqsınız!Sizin həbsinizdən ləzzət, adrenalin-filan almırıq! Bunu da dərk etməniz gərək!Amma bu ölkəni həsən dayının dəyirmanına, təcrübə dovşanına döndərmək istəyənlərin arzusunu da ömürlərinin sonuna qədər ürəklərində qoyacağımızdan xəbəriniz olsun!İmkan verin, bir az da ömrünüzdən alan, sizi illərdir müxalifətdə qocaldıb pensiya yaşına çatdıranlar çıxsın önə...Qoy bir dəfə də gəzet manşetlərini “Əli Kərimli həbs olundu- ŞOK”- xəbəri bürüsün......Amma maraqlı səsləndi, deyilmi?!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub