05:12 şənbə, 16 Noyabr 2019
SİYASƏT

"Əli Kərimli indi də Navalnını yamsılayır" - Yeganə Hacıyeva yazır

20:28, 17.10.20199717
Yeganə Hacıyeva 
 
Əli Kərimli Navalnı yolunu gedir. Bu açıq şəkildə görünür. Ötən ay Rusiyada Moskva Dumasına və bir neçə quberniyaya seçkilər keçirildi. Orada bəzi namizədlərin qeydə alınmaması ilə bağlı aksiyalar keçirildi və müxalifət şəhərin mərkəzini istədi, yəni icazəli yerlərə getmədi.
 
Nəticədə Moskvanın mərkəzində mitinqlər keçirildi, insanlar həbs olundu, bir neçə gəncə 2 ildən artıq cəza verildi.
 
İndi də belə bir proses getmirmi?- Hər bir etirazın fəlsəfəsində davam edən, razı olmadığın proseslərə fikir bildirmək niyəti durur. Bütün dünyada formalaşmış və qəbul olunmuş bir norma var ki, siyasi qrupların etirazları müəyən proseslər öncəsi, ərəfəsi iqtisadi, sosial və ya siyasi sifariş əsasında keçirilir. Yəni məntiqi olaraq davam edən proseslərə daxili sifariş əsasında etiraz edirlər.

Azərbaycanda isə bu proses, bir qaragüruh qrupun monopoliyasında, zaman zaman kənar təsirlərdən hərəkətə gələn bir prosesdir.

Məsələn, Ukrainada narıncı inqlab olanda narıncı bürünüb etiraz edir, Gürcüstanda qızılgül inqilabı olanda əllərinə qızılgül alıb etiraz edir, Türkiyədə qadına qarşı zorakılıq etirazı gedəndə bizimkilər gender bərabərliyi əsasında etirazlar təşkil edir, Yaxın Şərqdə islam təmayüllü inqilablar baş verəndə belə bizdə bundan da ilhamlanıb, eynisini yamsılamağa cəhd edirlər. Yəni kənarda baş verən etirazların imitasiyası gedir.

Eyni ilə prosesi imitasiya olunduğu kimi simaları da yamsılanır, məsələn blogger Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır. Məsələn, elə, haqqında danışdığımız Navalnıy kimi, ancaq məsələ ondadır ki, Navalnıy və qrupunun alətləri söyüşkən rus cəmiyyəti üçün uğurlu olsa da Azərbaycanda isə əksinə bu qruplara nifrət gətirir.

....
 
28 sentyabra icazə verildi, getmədilər, piket keçirilər, indi də 19 oktyabra icazə verilib, yenə getmirlər və hətta 28 may metrosunun çıxışında icazəsiz aksiya keçirəcəklərini bildirirlər. Əli Kərimli şəxsən özünün çıxacağını deyir. Nə baş verir? O gəncləri, insanları tutdurmaq taktikasını, ölkə daxilini qarışdırmaq taktikasını seçib?

Bu suala cavab verməmişdən öncə bu etiraz təşəbbüsünün mahiyyəti sıravi vətəndaşımıza aydın olsun deyə bir giriş etmək istəyirəm.

Keçən həftə Aşqabadda MBD ölkələri rəhbərlərinin qapalı iclası, Bakıda Türkdilli ölkələrin Şurası toplaşdı. Bu görüşlər regionda gedən proseslərin üzdə görünən tərəfləridir. Bu görüşləri şərtləndirən mühüm məqamlar var. Diqqət etdinizsə, bu proseslərdə Azərbaycanın yeri və mərkəzi rolu, ən əsası isə Ermənistanin hansı səviyyədə qısnanması aydın gözə çarpdı.

Türkiyənin "Barış Pinarı" sülh əməliyyatı və bu əməliyyatın regionumuza necə təsiri olması haqqında isə geniş danışmağa fikirimcə ümumiyyətlə ehtiyac yoxdur. Çünki bu əməliyyatlar regionun strateji nəqliyyat və tranzit roluna bir başa təsir edən məsələlərdir.

İndi sual yaranır regionda kənar maraqların bu qədər qabarıq konfrantasiyası kimi həssas bir dönəmdə, proseslərin mərkəzində olan Azərbaycanın paytaxtında müxalifət etiraz üçün icazəli yer olduğu halda, mərkəzdə icazəsiz aksiya keçirib, qarşıdurma və çaxnaşma görüntüsü verməkdə Azərbaycanla bağlı hansı mesajı ötürməyə çalışır? Və ən əsası belə görüntü verilsin sifarişi onlara hardan gəlmişdir?

Rusiyada aksiyalarda Qərbin diqqətini çəkmək mümkün oldu. Hətta Moskvanın mərkəzində icazə almağa nail oldular, indi necə? Milli Şura Qərbin diqqətini çəkə biləcəkmi? Ən əsası, şəhərin mərkəzində Rusiya müxalifəti kimi icazə ola biləcəkmi?

- Qərb dediyimiz təsisat monolit bir təsis deyil. Qərb müxtəlif dairələrdən ( dövlət, təşkilat və s.) və bu dairələrdə müxtəlif maraqlara xidmət edən qruplardan ( siyasi, iqtisadi lobbi qrupları və s.) ibarətdir. Ancaq Qərb adlandırdığımız, AB , ABŞ- təsisatın bəlli ünvanları , siyasi, təhkükəsizlik mərkəzləri Azərbaycan hakimiyyətini də, müxalifətini də yaxşı tanıyır. Detallara varmadan bir məqamı qeyd etmək istəyirəm : son iki ildə AB nin kiber təhlükəsizlik institutları AB-də və maraq dairəsinə daxil olan regionlarda sosial media üzərindən hibrid alətlərlə aparılan informasiya müharibələrinə aid qapalı və açıq hesabatlar hazırladılar.
 
Bu hesabatlarda, Cənubi Qafqaz ölkələrindən Azərbaycanla bağlı ölkədəki nüfuz agentlərinin(müxalifət liderləri, müstəqil, siyasi, ictimai simalar və s.) sosial media üzərindən təbliğatında kənar qüvvələrin, xarici xüsusi xidmət orqanlarının kiber təsisatlarının iştirakı haqqında informasiyalar var. Bununla yekunlaşdıraraq onu demək istəyirəm ki, Qərb adlandırdığımız, ünvanı bəlli olan təsisatları, siaysi, iqtisadi, təhkükəsizlik mərkəzləri Azərbaycan müxalifətini tanıyır və onun kənar əlaqələrinin hansı səviyyədə olmasını bilir.
 
Azərbaycanda məhz bu müxalifətin etirazlarla diqqətini çəkməyə çalışdığı dairələr ünvanı, məramı aydın bəlli olmayan, anti-Azərbaycan suraqat təsisatlardır.
XƏBƏR LENTİ