Əli Kərimlinin naxçıvanlı olmağı və satqınların 'kor bağırsaq' sevgisi

Əli Kərimlinin naxçıvanlı olmağı və satqınların
Bütün Xəbərlər
15:15 25.12.2012
2992
Elnur Kəlbizadə Əli Kərimlinin naxçıvanlı olmaqlığı və satqınların “kor bağırsaq” sevgisi(Feleyton)Həzarat, bəndəniz Naxçıvanda yaşıyır. Adım Elnurdur. Bilmirəm adımdakı nur sözünə görə mən də özümə ziyalı deyə bilərəm, yoxsa yox? Amma, o gün aldığım “Azadlıq” qəzetini oxuyanda orta təhsilini yarı-yarımçıq bitirmiş və siyasət məktəbini böhtançılıqla başa vurmuşların özünü ziyalı adlandırılmasından sonra qərara gəldim ki, mənim özümü ziyalı adlandırmağa tam hüququm çatır. Əlişka canı! Əlişka demişkən, o gün qonşumuz “qız Hüseyin” mas-mavi cinsini geyib yolla gedəndə mənə yaxınlaşıb deyir ki, sən əsl naxçıvanlısan. Soruşuram ki, ay Hüseyin niyə belə qərara gəlmisən? Mənə deyir ki, bəs bizim “liderimiz” Əli, Sabirabad Pənah, Mehriban Vəzir “xala” özlərini “Naxçıvan ziyalısı” kimi təqdim edirlərsə, sən burda yaşaya-yaşaya niyə də olmayasan ki? Deyir ki, daha qəzet-zad almırsan deyəsən. “Azadlıq” da elə bilir ki, burda qəzet satmağa qoymurlar. Amma mən Əliyə növbəti məktubumda yazacağam. Bir də bir ölkə var ora yazacağam. Deyirəm ki, bəs ora niyə? Deyir ki, soruşacağam ki, camaat sizin üçün burda kəşfiyyatçılıq edir, qorxudan şəkər xəstəliyi zad-tapır. Sonra ölür. Siz isə heç cınqırınızı da çıxarmırsınız. Yenə də saq olsun o məhşur arvad ki, bir dostunu qaçırıb xaricə adını “mtn”şik qoyub. Deyirəm ki, ay Hüseyin, sən bilərsən doğurdanmı, o İbrahim “mtn”şik idi? Deyir ki, “talış balası” İboma qarayaxma, mənim İbom nəzakətli bir oğlan idi. Həm də, əgər İbo “mtn”şik olsaydı Sülhəddin Əkbər yüz faiz deyərdi. O belə şeyləri yaxşı bilir. Onu orda o adamlar dedi ki, son 17 ildə Naxçıvandan xəbərləri yoxdur. Deyirəm ki, ay Hüseyin bəs axı sənin İbrahim İbrahimli də deyir ki, Naxçıvanda işıqlar sönüb, qaranlıqdır. Mənə nə desə yaxşıdır? Deyir ki, mən də səni ağıllı adam bilirdim. İbrahim İbrahimlinin çəkdiyi adlara bax da, ümummilli lider ona o vaxtı Milli Məclisdə elə bir şey deyib ki, indi də adı dilindən düşmür. Danışıb ürəyini soyudur da. Bacısı qızı Məlahət də and içib ki, bəs dayımın intiqamını alacağam! Deyirəm ki, elə şey olmaz. Axı İbrahim müəllim həmişə “tayfazbazlıq etmək olmaz!!!” deyir. Hüseyn mənə nə desə yaxşıdır? Deyir əəə kimdir tayfabaz? Sənin nəslini-nəcabətini tanımaya-tanımaya savadına görə qiymətləndirən Naxçıvan rəhbərliyi, yoxsa dayısının intiqamını alan Məlahət?Deyirəm ki, Hüseyn bəs bu Həsən əmini necə tanıyırsan? Deyir ki, hə o bizim sayımız (müxalifətçilərin sayı – E.K.) artıb zad deyən kişi? Deyirəm ki, hə. Deyir ki, ə onların sayı əvvəldən 32 nəfər olub. “Prosta” yığışanda bir dəfə sağdan sola düzülürlər, bir dəfə də uzanamasına ki, çox görsənsinlər. Hələ, o Yafəzə bax. Deyirəm ki, ay “Qusya” onunla nə işin var? Deyir ki, mən sənə onunla nə işim olduğunu deyəmmərəm. Gedib yazarsan, mənə sərf eləməz. Elə istəyirəm ki, söhbətin səmtini dəyişim. Deyirəm ki, Hüseyn de görüm, çillə axşamı qarpız kəsdiniz? Üzümə elə baxdı ki, qorxdum. Deyir ki, mən qarpıza nifrət edirəm? Deyirəm ki, ə bəs niyə? Deyir ki, qarpızsatanın biri o vaxtı Milli Məclisdə deyib ki, Naxçıvan “kor bağırsaqdır. Kəsib ataq.” Ondan sonra hər dəfə qarpız görəndə o söz yadıma düşür. Yeyəmmirəm. Yolumuz ayrılmalıdır. Mən avtobus dayanacağına tərəf gedirəm. Görürəm ki, Hüseyin nəsə dodaqaltı mızıldanır? Deyirəm ki, ə nolub? Deyir ki, bu yarı-yarımçıq uşaqların adını yazıblar ki, bəs bunlar repressiyaya məruz qalırlar. Kaş ki, mən də elə repressiyaya məruz qalaydım. Heç elə şey olar, Məlahət və İlqar repressiyaya məruz qalıblar, amma Naxçıvanın ən bahalı binasında - 9 mərtəbədə evləri var – düz MTN-in yanında, uşaqları Norveçdə zadda oxuyur. Elman Daylaqlıda dərs deməkdən imtina edib,deyib mən dağ kəndini bəyənmirəm, gəlib şəhərdə yaşayır. Həkimeldostunun moykası zadı var. Qurban olaram elə repressiyaya. Deyirəm ki, ay Hüseyin bu qədər şeyi deyirsən, qorxumrsan ki, sənə də “mtn”şik deyərlər? Deyir ə, mənə niyə deyirlər, sən yazacaqsan sənə deyəcəklər. Amma qorxma! Deyirəm ki, niyə? Deyir ki, əgər onlar kimi qrantlara satılanları, camaatın namusu ilə oynayanların iç üzünü açıb göstərmək, “mtn”şik olmaqdısa, deyərsən ki, bunları mənə Hüseyin deyib. Qoy mənə “mtn”şik desinlər.
OXŞAR XƏBƏRLƏR