Əli Kərimliyə bir cümləlik məktub...

Əli Kərimliyə bir cümləlik məktub...
SİYASƏT
13:33 26.08.2019
3351
 Samir FEYRUZ 
 
Kənddə qonşulardan biri o biri qonşusunu səsləyir:
- Ay Əhməd, meşəyə odun gətirməyə gedirəm. Bir eşşək, bir adam ver, bizimlə getsinlər, sizə də odun gətirək.
- Yaxşı, ay Məhəmməd kişi, gedəndə xəbər elə.
Məhəmməd kişi hazırlıqlarını görür və oğluna deyir ki, get qonşu Əhməd kişiyə de ki, meşəyə gedirik, ona bir eşşək, bir də adam demişdim, nə oldu bəs, göndərsin də. Uşaq Əhməd kişini səsləyir?
- Ay Əhməd əmi!
- Hə, a bala! 
- Atam deyir ki, meşəyə gedirik, ona eşşək, bir də adam demişdim, nə oldu?
Əhməd kişidən səs çıxmır, uşaq xeyli gözləyir, bir də səsləyir. Xeyli müddət sonra Əhməd cavab verir:
- A bala, atana denən ki, bizdən eşşək olacaq, amma adam olmayacaq.

Kəsəsi, Don Kixotun azərbaycanlı davamçılarına, Drayzerin gecə qatarında yarıçılpaq şəhərə qaçan, qatar getdikcə də, şəhərə tez çatmaq üçün özü də qatarın içində qaçan peyinbaş fırıldaqçının ruh qardaşlarına gətirirəm sözümü... Dəfələrlə deyilmişdi ki, ay mühacirlər, dövlət adamlarının ailə-uşağını söyməyin! Çifayda.., qədirbilməzə nə qədir!? Lənətə gəlmiş Qərbin mənəviyyatı hörüklənmiş siyasi liderləninin əndrabadi "demokratiya” nağılları, sonu gözlənilməz nəticə ilə bitən novellaları gözünüzü bağladı, nə bağladı. İngiltərənin baş naziri o zırpılıqda Fransanın prezidenti Makronla görüşdə ayağını qaldırıb masanın üstünə qoydu. Bu, zarafat təsiri də bağışlamırdı, İngiltərənin bayrağında xoruz əks edilmiş Fransanı "toyuqlaşdırmaq” cəhdi də deyildi, demokratiyaya atılan təpik, "bütün masaları biz yönəldirik” mesajı və onlara inananların kürəyinə "press”lənmiş ayaq idi. Bu ayaqların "press”ləndiyi kürəyin, çiyinlərin daşıdığı baş nə olmalıdır ki!? Söyüş də söyəcək, dövlətini bazara da çıxaracaq, pul müqabilində doğma vətənini söyənlərin üzünə tüpürdükcə, onlar da "elə bilirik göydən yağış yağır” deyəcək. Vətəndaşından göydən yağan yağışa görə də, vergi alan Almaniyada oturub bu tüpürcəkləri yağış kimi qəbul etməyin də ayrı bir "ləzzəti” var imiş, sən demə...

Rusiyada bir "mühacir” var: dili xırtdəyinə ilişdikcə, ağzından üfunət qoxuyan Elvin İsayev! Əlikram Hümbətovu dəstəkləyən Elvin İsayev! Ali təhsilsiz ali "dəyər”lərdən danışan Elvin İsayev! Müxalifətin söyüş maşınının "katuşka”larından biri və Qurban Məmmədovun efirə çıxarıb dövlət adamlarını söydürdüyü Elvin İsayev! Dünən Sevinc Osmanqızının efirində AXCP sədri Əli Kərimlinin də müdafiə etdiyi Elvin İsayev! Adamın Ə.Kərimliyə yazığı da gəlir e, gör, kimlərin ümidinə qalıb!? Rusiya qanunlarını heçə sayan, sosial medianın verdiyi imkanlardan əz əxlaqına uyğun "istifadə” edən Elvin İsayevin etdikləri Rusiya qanunları tapdalamaq idi. O, dəfələrlə insanları Rusiyada kütləvi iğtişaşlara çağırıb. Nə isə, bu adam(?) haqqında uzun-uzadı danışmaq istəmirəm.
Ə.Kərimli sosial şəbəkələrdə nədənsə həvəslənib belə bir sual verdi: "AXCP ailəsindən böyük ailə varmı?”
Onun bu sualını şərh eləməyə gərək görmürəm, cəmi bircə cümləlik məktub ünvanlayıram:
P.S. Meşəyə gedirəm, odur gətirməyə, bir eşşək, bir də adam göndər!


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kiyev vilayətinin bəzi ərazilərində karantin tətbiq edilib
23:10 13.10.2026
Kiyev vilayətinin bəzi ərazilərində karantin tətbiq edilib
Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib
23:02 13.10.2026
Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
22:51 13.10.2026
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı
22:48 13.10.2026
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb  - Yenilənib
22:40 13.10.2026
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib
Bu ərazilərdə işıq olmayacaq
22:39 13.10.2026
Bu ərazilərdə işıq olmayacaq
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
22:30 13.10.2026
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
22:23 13.10.2026
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
22:16 13.10.2026
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
Vitali Kliçko vəzifəsindən qovula bilər
22:07 13.10.2026
Vitali Kliçko vəzifəsindən qovula bilər
Paytaxtın bu yolları bağlı olacaq
21:56 13.10.2026
Paytaxtın bu yolları bağlı olacaq
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
21:49 13.10.2026
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
21:30 13.10.2026
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
21:22 13.10.2026
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
21:19 13.10.2026
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
21:14 13.10.2026
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb