Əlibala Əsgərov vəfat etdi

Əlibala Əsgərov vəfat etdi
SOSİAL
15:59 10.08.2026
183

Gürcüstanda "Qeyrət” Xalq Hərəkatının təsisçilərindən biri, ictimai xadim və ziyalı Seyid Əlibala Əsgərov vəfat edib.

AZXEBER.COM Gürcüstan mediasına istinadən xəbər verir ki, Əlibala Əsgərov avqustun 9-da axşam saatlarında vəfat edib.

1956-cı il təvəllüdlü Əlibala Əsgərovun uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. 

Əlibala Əsgərovun dəfn mərasimi avqustun 11-də doğulduğu Marneuli bələdiyyəsinin Dəmiyə-Qorarxı kəndində keçiriləcək

Qeyd edək ki, Əlibala Əsgərov uzun illər Gürcüstanda yaşayan azərbaycanlıların ictimai həyatında fəal iştirak edən tanınmış ictimai xadimlərdən biri olub. O, "Qeyrət” Xalq Hərəkatının sədri kimi fəaliyyət göstərib.

İctimai fəaliyyəti dövründə Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları, sosial problemləri, ana dili və təhsil məsələləri, eləcə də icmanın ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edib.

Əlibala Əsgərov həmçinin milli-mədəni dəyərlərin qorunması və Gürcüstanda yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin gücləndirilməsi istiqamətində fəaliyyəti ilə yadda qalıb.


OXŞAR XƏBƏRLƏR