Əlibala Məhərrəmzadənin seçicilərlə izdihamlı görüşü keçirildi – FOTOLAR

Əlibala Məhərrəmzadənin seçicilərlə izdihamlı görüşü keçirildi – FOTOLAR
SİYASƏT
12:35 25.08.2024
544
Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 59 saylı Quba Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən  deputatlığa namizəd Əlibala Məhərrəmzadənin seçicilərlə görüşləri  davam edir.

AZXEBER.COM Ulusal.az-a istinadən  xəbər verir ki, bu barədə Əlibala Məhərrəmzadənin seçki qərargahından məlumat verilib.

Əlibala Məhərrəmzadənin  bu görüşündə  böyük izdiham yaşanıb. Yüzlərlə seçici  Əlibala Məhərrəmzadəni böyük coşqu və alqışlarla qarşılayıb.

Görüş Azərbaycanın dövlət himninin oxunması və vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Görüşdə  Yeni Azərbaycan Partiyasının Quba Rayon təşkilatının   sədri  Fidan Hüseynova bildirib ki, ötən dövr ərzində YAP sübut edib ki, ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır: "Əminik ki, parlament seçkilərində də xalqımız YAP-ın namizədlərini dəstəkləyəcək və partiyamız bu seçkilərdə də növbəti möhtəşəm uğurunu qazanacaq”. F.Hüseynova Əlibala Məhərrəmzadənin layiqli namizəd olduğunu bildirərək seçiciləri ona səs verməyə çağırıb.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Quba rayon qərargahının üzvü, ziyalı Laçın Səfərəliyev bu seçkinin qubalılar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Laçın Səfərəliyev qeyd edib ki, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Əlibala Məhərrəmzadə Qubada gördüyü işlərlə hər kəsə nümünədir.Daha sonra  əməkdar mədəniyyət işçisi, jurnalist Elza Orucova   çıxış edərək qubalıları Əlibala Məhərrəmzadəyə səs verməyə səsləyib.

Daha sonra söz Əlibala Məhərrəmzadəyə verilib. Deputatlığa namizəd Yeni Azərbaycan Partiyasının platforması haqqında məlumat verib. Əlibala Məhərrəmzadə YAP tərəfindən 59 saylı Quba seçki dairəsindən namizədliyinin irəli sürülməsinə görə partiyanın Sədri, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.  O, YAP tərəfindən ona böyük etimad göstərildiyini və qubalı seçicilərlə birlikdə bu etimadı doğrultmağa çalışacağını qeyd edib.

Əlibala Məhərrəmzadə Qubanın sosial lahiyələrin həyata keçirilməsi, turizm potensialının inkişafı  üçün bütün qubalıları 1 sentyabrda keçiriləcək seçkidə aktiv iştirak etməyə çağırıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu