Əlil qadına cinsi zorakılıq etmək istədi, tutuldu

MARAQLI
13:45 18.08.2021
898
Əlilliyi olan gənc qadına cinsi təcavüz etmək istəyən şəxs saxlanılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ankarada baş verib.
 
Ankaranın Yenimahalle rayonunda itən və 16 saat sonra tapılan zehni geriliyi olan Şirin Dilan E-nin 26 yaşlı M.B.E. cinsi təcavüzə məruz qaldığı iddia edilir.
 
Şirin Dilan E.-ni maşına mindirib öz evinə apardığı aşkarlanan M.B.E-nin barəsində həbs qərarı çıxarılıb. Nəzarətə alınan M.B.E Sülh Cəza Hakimliyi tərəfindən məhkəmə nəzarəti ilə "iqamətgahı tərk etməmək" şərti ilə sərbəst buraxılıb və Şirin ailəsinin vəkili Temel Eken bu qərara etiraz edib.
 
Şübhəlinin həbsini tələb edən vəkil bu mövzuda qanuni mübarizəni davam etdirəcəklərini bildirib.
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR