Əlil və kimsəsiz uşaqlar müayinə olundu - FOTOLAR

Əlil və kimsəsiz uşaqlar müayinə olundu - FOTOLAR
Bütün Xəbərlər
21:50 29.03.2012
1174

"Birliyə Doğru” İctimai Birliyi “Səyyat Tibbi Reabilitasiya” layihəsinin davamı olaraq 15.03.2012-19.03.2012 tarixlərində "Avrasiya" klinikası ilə birgə3 və 7 saylı əqli cəhətdən zəif uşaqlar üçün internat məktəblərinin uşaqlarını müayyinədən keçirməyi planlaşdırıblar.

İctimai Birlikdən AZXEBER.COM-a verilən məlumata görə, bu layihəni keçirməkdə məqsəd internat məktəbində yaşayan və sağlamlığında problemləri olan uşaqların müayinəsinə və müalicəsinə dəstək olmaqdır. Kimsəsiz uşaqlar lazım olan analizlərdən və diaqnostik aparatlardan keçiriləcək və daha sonra diaqnostikanin nəticəsinə uyğun olaraq həkimlər tərəfindən müalicələrinin təyinatı planlaşdırılıb.

İlk müayinə 15 mart Sağan qəsəbəsində yerləşən 3 saylı internat məktəbində həyata keçirilib.

Ümumi layihənin 2-ci mərhələsində 50-yə yaxın uşağın biomikroskopiya, USM, EXO, EKQ, EEQ, qanın, sidiyin, nəcisin umümi analizi kimi müayyinələr keçirilmişdir və nəticələrə uyğun olaraq müəyyən göstərişlər verilmişdir. “Avrasiya” klinikasının peşəkar həkim komandası bütün müayinələri klinikada və internat məktəbində keçirməyi planlayıblar. Uşaqların klinikaya gətirilməsi “Avis”transport şirkətinin dəstəyi ilə həyata keçirilmişdir. Hər iki şirkət öz korporotiv sosial məsuliyyətini həyata keçirməklə çox faydalı bir işə dəstək olublar.

Qeyd edək ki, “Səyyar Tibbi Reabilitasiya Mərkəzi” proekti 2011-ci ildə həyata keçirlmişdir və hal hazırda davam edir. Layihə çərçivəsində 3 internat məktəbindən 320 uşaq müayinədən keçirilmişdir. Hal hazırda onların müalicəsi davam edir. Layihənin reallaşmasında baş sponsor “Ernst&Young” iştirak edir. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Norveç Humanitar Müəssisəsi, tərəfdaşlar kimi isə “Uniklinika”layihəyə dəstək göstərmişdir. Layihənin 2-ci mərhələsində əsas dəstəkçilər “Avrasiya” klinikasi və “Avis” şirkəti çıxış edir.

"Birliyə Doğru" 2005-ci ildən fəaliyyət göstərir. Təşkilatın nəznində bir neçə departament mövcuddur: Təhsil, Səhiyyə,Psixoloji və Korporotiv Sosial Məsuliyyət. Hər bir departament peşakar komanda və könüllərin zəhməti üzərində qurulub.

OXŞAR XƏBƏRLƏR