Əlillik dərəcələrinin alınması qaydası dəyişdi - İndidən sonra nə olacaq?

Əlillik dərəcələrinin alınması qaydası dəyişdi - İndidən sonra nə olacaq?
SOSİAL
11:35 25.05.2026
329
"Nazirlər Kabineti "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydasını” təsdiq, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nda isə dəyişiklik edib”.

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, yeni sənədlə istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası təsdiq olunub:

"Qaydalar ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilkin olaraq müəyyən edilən zaman xəstəlik və ya zədə, habelə zədə ilə əlaqədar çatışmazlığın səbəb əlaqəsini təsdiq edən sənədlərin siyahısı da konkretləşdirilib.

Eyni zamanda, "peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi (faizlə)” ilə orqanizmin funksiyalarının pozulması faizinin peşələr üzrə təzahür dərəcəsi və sığorta olunanın yaşına uyğun olaraq peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi müəyyən edilib və bunun üçün xüsusi düstur da təsdiq olunub.

Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı müddətdə konkretləşdirilib. Belə ki, komissiya peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirilmənin aparıldığı gün, əlavə araşdırma tələb olunduğu hallarda, həmin gündən sonra 5 iş günü müddətində qərar qəbul edərək protokolla rəsmiləşdirməlidir. Kağız daşıyıcıda qəbul edilmiş qərar 3 iş günü ərzində MEİS-in "Əlillik” altsisteminə daxil edilmədən sığortalıya təqdim edilməlidir. Eyni zamanda, qərarın altsisteminə daxil edilməsi də nəzərdə tutulur. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə aparılan zaman orqanizmin funksiyalarının 30 faizə qədər və bu göstəricidən daha çox pozulması halları fərqli meyarlar ilə aparılır.

Bütövlükdə, yeni sənəd istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edir. Əlillik təyinatının elektronlaşdırılmasının dərinləşdirilməsi və xüsusən də süni intelektdən daha yaxından istifadə olunması da prioritet olaraq qalmaqdadır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
16:38 21.07.2026
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
16:12 21.07.2026
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
16:05 21.07.2026
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
15:56 21.07.2026
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
15:50 21.07.2026
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!