Yanvarın 31-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) “World Vision International” humanitar təşkilatının ölkəmizdəki nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişiklik” layihəsi çərçivəsində hazırlanmış videoçarxın təqdimatı olunub.
AZXEBER.COM xəbər ki, ölkəmizdə fəaliyyət göstərən müxtəlif QHT nümayəndələrin iştirakı ilə keçirilmiş mərasimdə AGAT-ın sədri Gülsel Səfərova, Milli Məclisin deputatı Aydın Mirzəzadə və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova çıxış edərək layihənin əhəmiyyətindən danışıb
Bildirilib ki, ötən ilin sentyabrından həyata keçirilən layihənin məqsədi əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqların rifahına və hüquqlarının müdafiəsinə nail olmaq, onlar üçün bərabər imkanlar və hüquqlar cəmiyyəti yaratmaq, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən xüsusi qayğıya ehtiyacı olan yeniyetmələr arasında yeni münasibətlər qurmaq istiqamətində fəaliyyət göstərməkdən ibarətdir.
Sonra videoçarx nümayişi olunub.
Yanvarın 31-dən etibarən televiziya vasitəsilə yayımlanacaq videoçarxda əlilliyi olan istedadlı gənclərin yaradıcılıq bacarıqlarının reallaşdırılmasının dəstəklənməsi, ictimaiyyətin diqqətinin humanizm ideyalarına, mədəni dəyərlərə və əlilliyi olan gənclərin yaradıcılığına cəlb edilməsi məsələləri əksini tapıb.
Layihə bu ilin sentyabrında başa çatacaq.
![](/file/pic/xeber/2014-02-01/73999.jpg)
![](/file/pic/xeber/2014-02-01/74003.jpg)
![](/file/pic/xeber/2014-02-01/74011.jpg)