'Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər' - TƏQDİMAT

GƏNCLİK
15:16 05.06.2012
1543

"World Vision International" humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı, İrəli İctimai Birliyi və “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyi ilə birgə 06 İyun, 2012-ci il tarixində “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər”adlı layihənin təqdimat mərasimini keçirəcək.

Bu haqda AZXEBER.COM-a "World Vision International" humanitar təşkilatının layihə rəhbəri və İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi Vüqar Əhmədov məlumat verib. Bu gün ölkəmizdə 480 000 əlil insan var. Onlara dövlət qayğısı ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar da böyük diqqət ayırır. "World Vision International" humanitar Təşkilatının Azərbaycandakı əsas fəaliyyətlərindən biri əlilliyi olan insanların təhsil, əmək və sosial hüquqlarının qorunması və cəmiyyətə inteqrasiya olunması ilə bağlıdır.

2012-ci ilin aprel ayından fəaliyyətə başlayan yeni layihə əlilliyi olan insanlarla bağlı yerli qanunvericiliyin BMT-nin konvensiyasına uyğunlaşdırılmasını, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını, onların sosial problemlərinin həlli ilə bağlı cəmiyyətdə geniş maarifləndirmə və ictimai müzakirələrin aparılmasını, Müəllimlər İnstitutunda İnkluziv Təhsil Mərkəzinin yaradılmasını nəzərdə tutur. Layihədən irəli gələn müəyyən fəaliyyətləri Əlil Təşkilatları İttifaqı, İrəli İctimai Birliyi və “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyi həyata keçirir.

Təqdimatda Milli Məclis üzvlərinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, OMBUDSMAN aparatı, BMT və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Təqdimat öz işinə 06-İyun 2012-ci il tarixində saat 11:00-da başlayacaq. 

OXŞAR XƏBƏRLƏR