Əlini mənə bəstərəcək, Türkiyə

MAQAZİN
01:58 08.04.2013
2103

Bəxtiyar MəmmədovÇoxlarınız bu başlığı xatırlayarsınız. “Tıx-tıx xanım” cizgi filmində Siçan bəyin Tıx-tıx xanımı boğulmaqdan xilas etmək üçün əlini uzadarkən işlətdiyi sözdür. Nəyə görəmi bu başlığı seçdim? Niyəsi ondadırki əlimi uzadıram Tıh-tıh hanımım ellerimi kabul etmiyor ona görə. Ancaq bu dəfə boğulan, zülm çəkən mənəm. Evimi aldılar, yurdumu taladılar, yaşlılarımı öldürdülər, uşaqlarıma işgəncə verdilər. Hələ bu yetməz kimi, illərdirdə gözümün içinə baxıb, yaxşı eləmişəm deyərcəsinə təhqir edilirəm. Sənsə əlimi tutmaq əvəzinə məni bu günə qoyanlarla dostluq etməyə çalışırsan. “Qarın qardaşdan irəlidir” atalar sözünü boş ver. Çünki, o qarına gedəcəyin sənədə mənədə haqqı-hesabı baha başa gələcək. Bunu hardanmı bilirəm? İllər öyrətdi bunu mənə. Ancaq sən hələdə əlini uzatmırsan. Tək qoyursan məni. Qonşularımda yaxşı qonşu deyillər heç. Bir tərəfdən molla, bir tərəfdən alkaş gözlərini zilləyiblər ki, büdrəyim, yıxılım. Bəs qardaş idik? Heç qardaş da qardaşını dar gündə qoyar? Əşi nəyi qoyub, nəyi axtarıram məndə. İllərdir boğazımı cırıramki, dərdimiz eynidi eşidmirsən məni. İndidə heç xəbərində yoxdu ki, əlinlə öz evini məni bədbəxt edənlərə verirsən.

PKK-ya söz haqqı verməklə məncə Türkiyyə ölməz şəhidlərini diri-diri basdırdı. Əvvəllər, teroristlə masa arxasında oturmaq kəlməsi belə xainlik adlanardı. Amma indi şərt eşidib, kəlmə kəsilir. Üstəlik kəlmə kəsdikləri adam əli minlərlə məhmətcikin qanına batmış biridir. İllərdir teroristlərin barındığı, maliyyələşdiyi yeri bağazımızı cıra-cıra dedik. Ancaq başınızı gah Tarkanın əsgərlik məsələsinə, gah dizi çəkilişlərinizə, gah da az qala bir-birinizi öldürəcək qədər sevdiyiniz futbolunuza qarışdırdınız. Boş qalan vaxtınızı da bizim düşmən dediyimiz ermənilərlə görüşlərinizə sərf etdiniz. İllərdir dediklərimizə əyani sübut göstərirəm.

Erməni terror təşkilatları, xarici dünyanın reaksiyaları üzərinə 1980-cı illərdə taktika dəyişdirərək, PKK terror təşkilatı ilə əməkdaşlıq etməyə başladılar. 1984-ci ildə cərəyan edən Eruh və Şemdinli basqınlarıyla PKK səhnəyə çıxmiş və Asala-Erməni terroru geri plana çəkilmişdir. Ermənilər ilə PKK arasındakı əlaqəni ortaya qoyan bəzi konkret nümunələri diqqətinizə çatdırıram:

Terror təşkilatı PKK, 21-28 Aprel 1980 tarixini "Qırmızı Həftə" olaraq elan etmiş və 24 Aprel tarixini sözdə ermənilərin qətledilmə günü olaraq qeyd etməyə başlamışdır. 8 Aprel 1980 tarixində Livanın Sido şəhərində PKK və ASALA terror təşkilatları birgə mətbuat konfransı təşkil etmiş və bəyanatlar vermişlər. Ancaq bu hadisənin diqət çəkməsi üzərinə əməkdaşlığın qeyri-qanuni olaraq davam etdirilməsi qərarlaşdırılmışdır. Yığınacaqdan sonra 9 Noyabr 1980-ci ildə Strasburqda Türk Baş Konsolosluğuna, 19 Noyabr 1980 tarixində isə Roma Türk Hava Yolları bürosuna edilən hücumlar, PKK və ASALA terror təşkilatları tərəfindən ortaq şəkildə təşkil edilmişdir. PKK terror lideri Abdullah Öcalanı, Erməni Yazarlar Birliyi böyük lider adlandırmışlar. 4 İyun 1993-cü ildə erməni Hınçak Partiyası, ASALA və PKK terror təşkilatı mənsublarının iştirakı ilə Qərbi Beyrutda PKK terror təşkilatının müvəqqəti mərkəzində bir yığıncaq təşkil edilmişdir. Erməni-PKK əlaqəsinin ən dəhşətli nümunəsi isə, 6 - 9 Yanvar 1993 tarixlərində Beyrutdakı iki ayrı kilsədə təşkil edilən və Livan Erməni Ortodoks Baş yepiskopu, erməni Partiya səlahiyyətliləri ilə 150 ​​gəncin qatıldığı yığıncaqlarda istifadə edilən bu ifadələrdir:

“Hələlik Türkiyəyə qarşı sakit münasibət göstərilməlidir. Erməni cəmiyyəti getdikcə böyüməkdə və iqtisadi cəhətdən güclənməkdədir. İnkişaf etdirilən təbliğat fəaliyyətləri sayəsində, bütün dünyada (sözdə) soyqırım daha yaxşı bilinəcəkdir. Ermənistan dövləti qurulmuşdur, hər keçən gün torpaqları genişlətməkdədir. Çox yaxın zamanda atalarımızın intiqamını alacağıq. Türkiyədə-PKK terror təşkilatı ilə edilən mübarizədə vətəndaş çaş-baş qalacaq. Vətəndaş müharibəsi davam edəcək, Türk iqtisadiyyatı sıfır nöqtəsinə gələcəkdir. Vətəndaşlar baş qaldıracaqlar. Ermənilər kürdlərlə olan əlaqələrini daha da inkişaf etdirməlidirlər. Kürdlərin mübarizələrini dəstəkləməlidir. Bu gün Türklərin əlində olan torpaqlar, sabah ermənilərin olacaq. Türkiyə bölünəcək və bir kürd dövləti qurulacaq. Qarabağda davam etdirilən döyüşlərdə PKK-nın da köməyi yüksək qiymətləndiriləcək”

Həmin dövrlərdə Ermənistanda Reya Taze və Botan Redaksiyon adlı qəzetlərin PKK terror təşkilatının təbliğatını edirdi. Bu qəzetlər Türkiyə və Avropadan gələn PKK terror təşkilatı mənsubların tərəfindən yayımlanırdı.

Beynəlxalq Erməni terrorizmi, 1973-ci ildə ortaya çıxaraq, 1974 Kipr sülh hərəkatından sonra xaricdə olan türk vətəndaşlarına və diplomatlara təxribat, sui-qəsd və hücum növlü terror aksiyaları ilə özünü göstərməyə başlamışdı. Erməni terror təşkilatı ASALA 1984-ci ilə qədər terorlarını davam etdirmiş, daha sonra yerini PKK terror təşkilatına buraxmışdır. 1987-ci ildə separatçı terror təşkilatı PKK ilə Ermənilər arasında bir müqavilə bağlanmışdır. Həmin müqavilənin hökmləri bunlardır:

1. Ermənilər PKK terror təşkilatına təhsildə yardım edəcək.

2. PKK terror təşkilatına hər il adam başına 5.000 ABŞ Dolları ödənəcək.

3. Ermənilər Türkiyədə kiçik terror aksiyalarına qatılacaq.

4. Türkiyədə təhlükəsizlik qüvvətlərinə qarşı kəşfiyyatı ermənilər edəcək.

5. Ola biləcək inqilabdan sonra əldə edilən torpaqlar bərabər olaraq bölüşüləcək.

6. Düşərgə xərclərinin 75%ini Ermənilər qarşılayacaq.

7. Türkiyədəki metropol şəhərlərdə PKK-nın tebliğatına yardım ediləcək.

“Türklər, Kürd məsələsinin həlli üçün Kürdlərlə Ortaq Komissiya qurmalıdırlar” Bu sözləri isə bu yaxınlarda Ermənistan kürd Cəmiyyəti Şurası rəhbəri Knyaz Hasanov keçirtdiyi mətbuat konfransında deyib. Həsənov, PKK lideri Abdullah Öcalan tərəfindən Türkiyə rəhbərliyinə göndərdiyi “Yol xəritəsi”ndə əsas tələbin bu olduğunu bildirib. Şərtlərdə kürd milləti və dili Türkiyə konstitutyası tərəfindən tanınmalıdır. Əks təqdirdə 50 min nəfərlik üsyançı ordusu mübarizəyə davam edəcək. Həsənov "kürd xalqının mübarizəsi dar bir küçədə deyil. Türkiyə kürdlərinin məqsədi davamlı mübarizə deyil, əksinə hüquqlarının tanınmasıdır. "Deyib. Onu da qeyd etmək lazımdır ki, məhşur Abdullah Öcalanın bir sıra erməni mətbuatında adı Artin Agopyan olaraq keçir

OXŞAR XƏBƏRLƏR