"Dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur".
AZXEBER.COM xəbər verir ki, bu haqda Elm və Təhsil Nazirliyi açıqlama yayıb.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə və bəzi media subyektlərində Azərbaycanda Elm və Təhsil Nazirliyi adından saxta məlumat yayılıb.
Saxta məlumatda qeyd edilib ki, 2025/2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədris mərhələli şəkildə dayandırılacaq.
Yeni qərara əsasən, bütün ixtisaslar üzrə tədris yalnız azərbaycan və ingilis dillərində aparılacaq.