Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub

Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
SOSİAL
17:47 29.10.2026
198
Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən "InnoWeek.Uz–2026” Beynəlxalq İnnovativ İdeyalar Həftəsinin rəsmi açılış mərasimində, habelə bu çərçivədə təşkil olunan "Türk Elm və İnnovasiya Günü” tədbirində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli iştirak edib.

AZXEBER.COM xəbər verir ki, 2018-ci ildən Özbəkistan Respublikasında hər il təşkil olunan "InnoWeek” Beynəlxalq İnnovativ İdeyalar Həftəsi bu il "Dəyişən dünya üçün innovasiyalar” şüarı altında keçirilib. "InnoWeek” elmi nailiyyətlərin və innovativ texnologiyaların təqdimatı, elmi nəticələrin kommersiyalaşdırılması, həmçinin beynəlxalq elmi və işgüzar əlaqələrin genişləndirilməsi üçün platformadır.

Beynəlxalq İnnovativ İdeyalar Həftəsi çərçivəsində Özbəkistan Respublikasının Təhsil və Elm Nazirliyi yanında İnnovativ İnkişaf Agentliyinin və Türk Dövlətləri Təşkilatının (TDT) tərəfdaşlığı ilə "Türk Elm və İnnovasiya Günü” təşkil olunub. "Bir məkan, iki hərəkətverici qüvvə: elm və innovasiya” mövzusuna həsr olunan tədbir türk dövlətləri arasında elm və innovasiya sahələrində əməkdaşlığın praktik nəticələrə yönəldilməsi, tədqiqat müəssisələri, innovatorlar və sənaye arasında əlaqələrin gücləndirilməsi məqsədi daşıyıb.

Tədbirdə TDT-yə üzv dövlətlərin müvafiq qurumlarının, ali təhsil və elmi-tədqiqat müəssisələrinin, eləcə də innovasiya sahəsinin nümayəndələri iştirak ediblər.

Tədbirin yüksək səviyyəli panel sessiyasında çıxış edən Mətin Kərimli Azərbaycanda insan kapitalının inkişafı və elmi tədqiqat potensialının gücləndirilməsi istiqamətində görülən işlərdən və əldə olunan nəticələrdən bəhs edib. O, STEAM və rəqəmsal bacarıqların inkişafı, ali təhsildə beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, Azərbaycan universitetlərinin qlobal reytinqlərdə irəliləyişi, universitetlərin tədqiqat və innovasiya mərkəzləri kimi rolunun gücləndirilməsi, elmi tədqiqat nəticələrinin artımı, eləcə də elm və sənaye arasında əlaqələrin inkişafı məsələlərinə toxunub.

Aparat rəhbəri TDT çərçivəsində elm və təhsil sahələrində əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini vurğulayıb. O bu sahədə mövcud uğurlu əməkdaşlıq təcrübəsinin birgə tədqiqatların, akademik mübadilələrin və elmi əlaqələrin daha da genişləndirilməsi üçün mühüm zəmin yaratdığını qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir aylıq "qardaş" qaralama kampaniyası
19:31 29.10.2026
Bir aylıq "qardaş" qaralama kampaniyası
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
19:27 29.10.2026
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
Kapadokiyada qaya uçub - 2 nəfər ölüb
19:06 29.10.2026
Kapadokiyada qaya uçub - 2 nəfər ölüb
Zaur Rzayev vəfat etdi
19:01 29.10.2026
Zaur Rzayev vəfat etdi
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
18:50 29.10.2026
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
18:36 29.10.2026
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
18:23 29.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
18:13 29.10.2026
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
18:11 29.10.2026
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
18:02 29.10.2026
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
17:47 29.10.2026
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
17:43 29.10.2026
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
17:38 29.10.2026
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
17:34 29.10.2026
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
17:29 29.10.2026
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
17:19 29.10.2026
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi