“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qalibləri mükafatlandırıldı
SOSİAL
15:36 17.12.2025
211
Dekabrın 17-də Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan "Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, Bakı Fotoqrafiya Evində baş tutan tədbirdə Elm və Təhsil Nazirliyinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəsmiləri, millət vəkilləri, müsabiqənin münsiflər heyətinin üzvləri, media qurumlarının rəhbərləri, müsabiqə iştirakçıları və digər qonaqlar iştirak ediblər.

Tədbirdən öncə müsabiqə çərçivəsində seçilmiş foto və video işlərdən ibarət sərgi ilə tanışlıq olub.

Tədbir çərçivəsində həmçinin müsabiqənin münsiflər heyətinin sədri, ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı kimi fəaliyyət göstərmiş Rafiq Bağırovun müəllifi olduğu "Heydər Əliyev və təhsil” mövzusunda foto gușə təqdim edilib. Guşədə ulu öndər Heydər Əliyevin müxtəlif təhsil müəssisələrində şagird və tələbələrlə birlikdə çəkilmiş 30-a yaxın fotosu nümayiş etdirilib.

Mükafatlandırma mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qonaqları salamlayaraq foto və videonun yaddaşı və tarixi yaşadan mühüm vasitə olduqlarını qeyd edib. Nazir müavini bildirib ki, foto yalnız görüntü deyil, eyni zamanda insanlara emosiyaları və hissləri ötürən güclü bir vasitədir. Firudin Qurbanov foto sənətinin inkişaf mərhələlərinə toxunaraq bu sahənin sürətlə rəqəmsal mərhələyə keçdiyini deyib.

Nazir müavini tədbir çərçivəsində ulu öndərə həsr olunmuş foto guşənin təqdim edilməsinin xüsusi məna daşıdığını bildirib, Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. Firudin Qurbanov əsası ulu öndər tərəfindən qoyulan təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Çıxışının sonunda nazir müavini qalibləri təbrik edib, müsabiqənin təşkilatçılarına və münsiflər heyətinə təşəkkürünü bildirib.
 
Millət vəkili Elçin Mirzəbəyli çıxışında foto və video sənətinin tarixi yaşadan və gələcək nəsillərə ötürən mühüm vasitə olduğunu qeyd edib. Azərbaycan xalqının gələcəyinin elm və təhsillə sıx bağlı olduğunu vurğulayan millət vəkili bu kimi müsabiqələrin fotoqrafiya və fotoqalereya sənətinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Çıxışının sonunda isə müsabiqə qaliblərini təbrik edib, iştirakçılara uğurlar arzulayıb.

Müsabiqənin münsiflər heyətinin sədri Rafiq Bağırov Elm və Təhsil Nazirliyi tərəfindən belə bir müsabiqənin təşkil edilməsini yüksək qiymətləndirərək təşəkkürünü bildirib. O, ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı kimi fəaliyyət göstərdiyi dövrlərlə bağlı xatirələrini bölüşərək həmin illərin tarixi və mənəvi əhəmiyyətindən bəhs edib.

Rafiq Bağırov bu cür müsabiqələrin foto, video sənətinin inkişafına və tarixi yaddaşın qorunmasına mühüm töhfə verdiyini vurğulayıb, gələcəkdə də hər kəsi bu tip təşəbbüslərdə fəal iştiraka çağırıb. Çıxışının sonunda müsabiqənin təşkilinə görə Elm və Təhsil Nazirliyinə bir daha təşəkkürünü ifadə edib.
 
Çıxışlarda müsabiqənin elm və təhsil sahəsində baş verən proseslərin vizual ifadəsinin təşviqi, eləcə də yaradıcı şəxslərin və media nümayəndələrinin bu sahədə fəal iştirakının artırılması baxımından əhəmiyyəti vurğulanıb. 
 
Daha sonra qaliblərə diplom və mükafatlar təqdim edilib. Foto kateqoriyası üzrə ilk üç yerin qaliblərinə diplomlar, ən yaxşı beş işin müəlliflərinə isə həvəsləndirici sertifikatlar təqdim olunub. Video kateqoriyası üzrə ilk üç yerin qalibləri diplomlarla təltif edilib. Digər iştirakçılara müsabiqədə iştiraklarına dair sertifikatlar verilib.
 
Qeyd edilib ki, foto və video məzmun olmaqla iki kateqoriya üzrə keçirilən müsabiqədə peşəkar və həvəskar vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak ediblər. Müsabiqəyə ümumilikdə 100-ə yaxın müraciət daxil olub, 245 iş qəbul edilib. Qəbul olunan işlərdən 10-u video, 235-i isə foto materiallardır. Müsabiqə qaydalarına uyğun olaraq texniki meyarlara cavab verən 25 iş münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və "Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunub.
 
Müsabiqənin əsas məqsədi elm və təhsil prosesində maraqlı tərəflərin iştirakının artırılması, aktual mövzulara fərqli baxış bucaqlarından yanaşılmaqla keyfiyyətli və yaradıcı vizual məzmunun formalaşdırılmasını təşviq etmək olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar