Elman Abdullayev: 'Bu qətnamənin qəbulu Azərbaycanın artan nüfuzunun nəticəsidir'

Elman Abdullayev:
SİYASƏT
17:50 10.09.2013
1345

Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və ona olan hörmətin, etimad və rəğbətin, ikitərəfli və çoxtərəfli əsasda Azərbaycan tərəfindən yürüdülən ardıcıl diplomatik fəaliyyətin nəticəsidir ki, ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər beynəlxalq birliyin mütləq əksəriyyətinin, o cümlədən dövlətlərin, özəl sektorun dəstəyini qazanır.

AZXEBER.COM xəbər verir ki, bu barədə XİN-in mətbuat katibiElman Abdullayevsentyabrın 4-də BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycan tərəfindən irəli sürülən Avrasiya rabitə alyansının təsis edilməsi üzrə təklifin dəstəklənməsi barəsində qətnamənin qəbul edilməsinə münasibət bildirərkən deyib. O bildirib ki, BMT-nin əksər üzv dövlətləri tərəfindən dəstəklənmiş və bir sıra dövlətlərin, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Belarus, Moldova, Əfqanıstan, İsrail, Şri-Lanka və Yeni Zelandiyanın həmmüəllif kimi qoşulduğu bu qətnamənin qəbul olunması Azərbaycanın informasiya-kommunikasiya texnologiyalarının inkişafına dair uzunmüddətli baxışının və regional telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsinə dair səylərinin beynəlxalq arenada ciddi dəstək ilə qarşılanmasının bariz təzahürüdür.“Qeyd olunmalıdır ki, haqqında bəhs olunan qətnamə regionlararası əməkdaşlığın inkişaf etdirilməsi və telekommunikasiya tranzit yollarının şaxələndirilməsinə xidmət edən və hökumətlərarası platforma rolunu oynayan Avrasiya rabitə alyansının fəaliyyətinin beynəlxalq birlik tərəfindən yaxından dəstəklənməsinin göstəricisidir”, XİN rəsmisi deyib.E.Abdullayev xatırladıb ki, Avrasiya rabitə alyansı 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülmüş “Transmilli Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin vacib tərkib hissəsidir. TASİM layihəsi ilə əlaqədar Azərbaycan tərəfindən irəli sürülən qətnamələr də müvafiq olaraq BMT Baş məclisinin 21 dekabr 2009-cu il tarixli və 21 dekabr 2012-ci tarixli 64 və 66-cı sessiyalarında BMT üzv dövlətlərinin əksəriyyətinin dəstəyi ilə qəbul edilib.“TASİM Asiya ilə Avropa arasında yeni əsas tranzit yolu yaradaraq “rəqəmsal uçurum”un aradan qaldırılması və onun “rəqəmsal imkanlara” çevrilməsi, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və yerli iqtisadiyyatların şaxələndirilməsi, elektron hökumət konsepsiyalarının inkişafı və rəqabətin artırılmasına əsaslı şəkildə töhfə verəcək. BMT Baş məclisinin son qətnamələri ilə dünya birliyi tərəfindən yaxından dəstəklənən Avrasiya rabitə alyansı və TASİM layihəsi Azərbaycanın irəli sürdüyü yeni təşəbbüslərdən olaraq, tarixi İpək yolunun “virtual” və “rəqəmsal” imkanlarının da artırılmasında mühüm rol oynayır”, E.Abdullayev deyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq