Elman Türkoğlu oğlunun intiharından danışdı - FOTO

Elman Türkoğlu oğlunun intiharından danışdı - FOTO
Bütün Xəbərlər
11:59 18.06.2013
3109

“Nə oldusa, 20 dəqiqənin içində oldu”.

Bunu APA-ya açıqlamasında KXCP üzvü Elman Türkoğlu oğlu Məhəmmədəmin Həsənlinin intiharı barədə danışarkən deyib. E. Türkoğlu qeyd edib ki, oğlu intihar etməzdən əvvəl buraxılış imtahanlarının nəticəsini öyrənmək üçün ondan bir manat istəyib: “İşdən evə gəldim, birlikdə çörək yedik. Bir qədər sonra internet klubda buraxılış imtahanlarının nəticələrini öyrənmək üçün məndən 1 manat istədi. Məndən pulu aldı. 20 dəqiqədən sonra isə uşaq asılı vəziyyətdə tapıldı. Nə olubsa, 20 dəqiqənin içində olub. Onu təxminən saat 1-ə 20 dəqiqə qalmış asılı vəziyyətdə görüblər. Məhəmmədəmin özünü ayaqyolunda asmışdı”. E. Türkoğlu onu da bildirib ki, oğlu intihar etməzdən əvvəl bu barədə heç kimə heç nə deməyib, üstündə heç bir kağız olmayıb.

OXŞAR XƏBƏRLƏR