Mərhum jurnalist, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun atası Sabir Hüseynov dünyasını dəyişib.
AZXEBER.COM AzNews.az-a istinadən xəbər verir ki, S. Hüseynov sentyabrın 8-də günün birinci yarısında qəfildən vəfat edib. Bu dəqiqələrdə S. Hüseynovun dəfn mərasimi keçirilir.
S. Hüseynov oğlunun yanında – “Qurd qapısı” adlanan ərazidəki qəbristanlıqda dəfn edilir.