Elmar Məmmədyarov A.Amangəldi ilə görüşdü

Elmar Məmmədyarov A.Amangəldi ilə görüşdü
Bütün Xəbərlər
18:40 12.03.2012
962
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın xarici işlər nazirinin müavini Amangəldi Jumabayevi qəbul edib. 
Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Qazaxıstanın xarici işlər nazirinin müavini A.Jumabayev Azərbaycan Respublikasının BMT TŞ-ya qeyri-daimi üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb.Ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edən nazir müavini beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında müxtəlif məsələlərə dair qarşılıqlı dəstəyin mövcud olduğunu bildirib və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.A.Jumabayev ölkəsinin bu regionun sabitliyində və inkişafında maraqlı olduğunu qeyd edərək, Azərbaycan tərəfinin Qazaxıstan məhsullarının dünya bazarına çıxarılması istiqamətində dəstəyini yüksək qiymətləndirib. Görüş zamanı tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsindən məmnunluq ifadə edərək, bu istiqamətdə işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.Tərəflər həmçinin, qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
OXŞAR XƏBƏRLƏR